Mehriban Zeynalova: "Aliment Fondu sadəcə, yayınma halı olduqda, müvəqqəti ehtiyacları ödəmək üçün lazımdır"
"Elə kişilər var, qadınları illərlə süründürür, alimenti ödəmir"
Məlahət Rzayeva
11:53 11.06.2020
Cəmiyyət
783
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi payız sessiyası ilə bağlı qanunvericilik iş planına təkliflər hazırlayıb. Həmin təkliflər komitənin sentyabrın sonlarında keçiriləcək iclaslarında təsdiq olunacaq.
Bu barədə Modern.az-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məlumat verib.
Təklif olunanlar sırasında alimentin ödənməməsi ilə bağlı cəzanın sərtləşdirilməsi də var. H.Hüsaeynova bildirib ki, alimentin verilməməsindən şikayətlər çoxalıb:
- Məhkəmə alimentin ödənilməsi ilə bağlı qərar çıxarır. Ancaq icra məsələlərində müəyyən nöqsanlar və probolemlər ortaya çıxır, müəyyən süründürməçilik halları baş verir. Yaxşı olar ki, şikayətlər nəzərə alınaraq aliment ödənişi ilə bağlı müəyyən sərtləşdirmə olsun və qanunda da bu, əksini tapsın. Belə deyək də, aliment ödəyən şəxsin hansısa cəza tətbiqləri artırılsın. Bu məsələ ilə bağlı konkret təkliflər verilib. Yaxşı olardı ki, problemlər elektron hökumət, elektron portallar vasitəsilə həll edilsin. Tutaq ki, vətəndaş aliment ödəyir və ona kəsilən cəza, cərimə mail adresinə göndərilsin. Əgər vətəndaş cəriməni bir ay müddətində ödəməyəcəksə, onun üzərinə gələn cərimə pulu hesablanaraq, sürücülük hüququndan məhrum edilsin.
“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova «Şərq»ə açıqlamasında millət vəkilinin təklifini alqışladığını bildirdi:
- Bu, bizim üçün ağrılı məsələlərdən biridir. Neçə-neçə qadın var ki, aliment ödənməməsi şükayəti ilə müraciət edir, məhkəmə baxışları keçirilir, lakin cavabdeh tərəfin ödəniş etməsi mümkünsüz olur. Əvvəllər alimentin ödənməməsinə görə ən sərt cəza 6 aylıq həbs idi. Yəni, sadələşdirilmiş cəza mexanizmi vardı. Amma hazırda alimentin ödənməməsinə görə CM-də 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Buna baxmayaraq alimentin ödənilməsinə məcbur edəcək mexanimz hələ də yoxdur. Vətəndaş ya faktiki işləmir, heç bir gəliri yyoxdur, ya da faktiki işləyir, amma əmək müqaviləsi olmadığından, vergi ödəyicisi kimi qeydiyyata alınmadığından aliment ödəməkdən boyun qaçıra bilir. Zərərçəkənsə bütün hallarda uşaqlardır. Məsuliyyətsiz valideynlərin yükünü uşaqlar öz çiyinlərində, həyatlarında ağır şəkildə hiss edir, o ağrını yaşayırlar.
Amma alimentdən boyun qaçıranlar bilməlidir ki, nə qədər yayınsalar da, gec-tez onu ödəməli olacaqlar. Alimentdən qaçmaq mümkün deyil. Lap həbs edilsə də, həbsdən çıxandan sonra yenə alimenti ödəməli olacaq. Aliment günahlar kimidir. Ömrünün sonunadək insanın çiynindədir və onu təqib edəcək.
M.Zeynalova bildirdi ki, aliment ödəməkdən yayınan şəxslər cinayət məsuliyyəti daşıyır:
- Alimentin ödənməməsinə görə qısa və ya uzun müddətli azadlıqdan məhrumetmə cəzası tətbiq edilir. Elə adamlar var qaçıb gizlənir, yaşayış ünvanını dəyişir. Elə kişilər var, qadınları illərlə süründürür. Guya ki, alimenti qadın alacaq. Aliment uşaq üçündür, qadın üçün yox. Qadını sevmirsən, birgə həyat qurmaq istəmirsən, amma uşaq varsa, ona aliment ödənməlidir. Bəziləri arayış təqdim edir ki, heç yerdə işləmirəm. Belə halda onlar işlə təmin edilir, təki alimenti ödəsin.
M.Zeyanalova məhz bu problemlər nəzərə alınaraq Aliment Fondunun yaradılmasının aktual olduğunu dedi:
- Çünki bəzən həqiqətən də qadınlar çətin, ağır durumda qalır. Körpəsi olduğu üçün işləyə bilmirlər. «Ata» da alimentdən yayınır. Amma Aliment Fondu olarsa, belə vəziyyətdə onlara yardım edilə bilər. Onsuz da sonra o vəsait aliment qaçağı «ata»dan alınacaq. Hökumət kiminsə əvəzinə vəsait xərcləyəsi deyil. Aliment Fondu sadəcə, yayınma halı olduqda, müvəqqəti ehtiyacları ödəmək üçün lazımdır. Sonda o vəsait məsuliyyət daşıyan şəxsdən müsadirə ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2026-cı ilin payızına damğa vuracaq 7 moda trendi
11:49 13.09.2026
Maraqlı
İsrail ordusu Livanın cənubuna artilleriya zərbələri endirib
11:45 13.09.2026
Dünya
Vanı nəhəng çəyirtkələr bürüdü: Boyları 20 santimetrə çata bilir
11:30 13.09.2026
Hadisə
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
11:06 13.09.2026
Dünya
Gümrüdə parklanma mübahisəsi qətllə nəticələnib
10:55 13.09.2026
Hadisə
Tatarıstana hücum edildi: ölü və yaralılar var - VIDEO
10:46 13.09.2026
Dünya
Messi MLS-də bombardirlər yarışında liderliyə yüksəldi
10:45 13.09.2026
Futbol
Uşaqlarda yanıq riskini azaltmaq üçün tövsiyələr
10:37 13.09.2026
Sağlamlıq
Banqladeşdə qızılca şübhəsi ilə ölən uşaqların sayı 999-a çatıb
09:57 13.09.2026
Dünya
Macarıstan III Çarlzdan hədiyyə etdiyi iki atını geri istədi
09:31 13.09.2026
Dünya
Sinopda bu il yumurtadan çıxan 73 leylək köç yoluna başlayıb
08:31 13.09.2026
Maraqlı
Rusiyada məktəblərdə hərbi hazırlıq saatları artırılıb
08:07 13.09.2026
Dünya
Bədəndə çoxlu xalınız varsa, hər il saymalısız – Onkoloq
07:29 13.09.2026
Sağlamlıq