Elnur Eltürk ittihamlara CAVAB VERDİ
Fidan Həmişəyeva
12:49 20.05.2020
Cəmiyyət
1231
“Vikipediya”dakı məqalələrdə yanlış məlumatların olması gözləniləndir”
“Ona görə də məqalə yazanda real faktlara söykənən mənbələrdən istifadə etmək lazımdır”
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı feysbuk səhifəsində tarixi əhəmiyyətə malik status paylaşıb. O qeyd edib ki, Şuşa şəhərinin “Vikipediya” məlumatlarında müəyyən yanlışlıq var: “Vikipediya”da Şuşada 552 körpənin valideyni itirməsi faktı səhvdir.
“Vikipediyada belə bir cümlə var- "1992-ci ildə Şuşa şəhəri tamamilə yandırılıb". Diaspor FM-in "Qarabağ:gerçək tarix" verilişində əsas mənbə kimi vikipediyadan yararlanmağa çalışırıq. Bu məlumatı necə istifadə etmək olar? Bu məlumatlar necə və harda təsdiqini tapır ki, vikipediyada yerləşdirilir. "Şuşada 552 körpə valideynlərini itirmişdir" kimi məlumat da tamamilə səhvdir və ciddi səhvdir. Gözümüzlə gördüyümüz, yaşadığımız tarixlə bağlı qeyri-dəqiq məlumatları kimlər və hansı məqsədlə yayır?”.
İttihamlara cavab verən Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktor müavini Elnur Eltürk “Sherg.az”a açıqlamasında vurğulayıb ki, bu gün “Vikipediya”nın Azərbaycan dil bölməsində 160 minə yaxın məqalə var. “Vikipediya” açıq ensiklopediya olduğu üçün istənilən şəxs, burada məqalə yarada və redaktə edə bilər:
“Amma bunu “Vikipediya”nın qaydaları çərçivəsində etməlidir. Məqalələrdə yanlış məlumatların olması gözləniləndir. “Vikipediya” yanlışlıqları redaktə etmək imkanını da yaradır. Ancaq hansısa məqaləni yazarkən xüsusilə, dəqiqləşdirilmiş və real faktlara söykənən mənbələrdən istifadə etmək lazımdır. Xüsusilə, tarixi mövzularda dəqiq faktlara istinad etmək mütləq vacibdir. Hansısa yanlış məlumat insanları çaşdıra bilər. Qeyd edim ki, Şuşa məqaləsi 2018-ci ildə “Vikipediya”nın Azərbaycan dil bölməsində “yaxşı məqalə” statusu almışdır. Məqalədə “1992-ci ildə Şuşa şəhəri tamamilə yandırılıb” sözü De Vaal, Tomas (2008). “Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabına və "Şuşada 552 körpə valideynlərini itirmişdir" sözü isə şuşa.az saytına istinad olub. Məqalənin üzərində işləyən şəxs bu sözü istinadsız yaza bilməz. İki istinad verilib. Məqaləni redaktəni edən şəxs məlumatı bir neçə mənbədən istifadə etsə, yaxsı olar. Ümumiyyətlə, ciddi mövzular üzərində təcrübəli mütəxəssislərin çalışması məsləhətdir. Bu həm də yaradılan məqalənin peşəkar səviyyədə işlənməsinə yol açar. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında illərdir ki, ödənişsiz “Vikipediya” təlimləri keçirilir. Bu sahədə könüllü fəaliyyət göstərmək istəyənlər təlimlərdə iştirak edə bilərlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə