Əməkdar müəllimdən liderə: “Sizin arxanızda Sizi sevən Azərbaycan xalqı dayanıb və dayanacaq da”
14:28 29.05.2020
Cəmiyyət
634
Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Ağdam rayonundan Əməkdar müəllim Eliza İsayeva ölkə liderinə məktubunda diqqətə çatdırır:
“Möhtərəm cənab Prezident, bütün dünyanın koronavirus epidemiyası ilə çalxalandığı bir dövrdə bizim ölkəmiz də bundan kənarda qalmadı. Vəziyyətin belə ağır vaxtında Sizin müdrik qabaqlayıcı tədbirləriniz xalqımızı bu ağır böhrandan az itki ilə qurtarmaqdadır. Xalq pandemiya dövründə özünün tək olmadığını hiss etdi. Siz bir dövlət rəhbəri olmaqla yanaşı, hər bir vətəndaşımıza ata və oğul qayğısı göstərdiniz. Sizin hər bir müraciətiniz Azərbaycan xalqını bu virusla mübarizədə daha diqqətli olmağa çağırdı. Bu çağırışda xalq Sizin səmimiyyətinizi, həyəcanınızı hiss etdi. Sizin hər bir çıxışınız, Sərəncamınız xalqımızı ətrafınızda daha da sıx birləşdirdi. Bu, xalqın Sizə inamı, etibarıdır. Bunu da Siz öz xeyirxah əməllərinizlə, xalqa olan sevginizlə qazanmısınız. Mən sadə bir vətəndaş kimi, bütün müəllim ordusu adından Sizə dərin təşəkkürümü bildirirəm. Bir dövlət rəhbəri kimi Sizin zəhmətinizi öz işimizlə həmişə doğrulduruq. Biz Sizinləyik. Sizin arxanızda Sizi sevən Azərbaycan xalqı dayanıb və dayanacaq da. Biz birlikdə güclüyük! Cənab Prezident, bu gücü bizə verən də Sizin xalqla olan sıx, səmimi münasibətinizdir. Sizə işlərinizdə daha böyük uğurlar arzulayıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya