Əminə Ərdoğan Dünya Ana Südü Həftəsi ilə bağlı paylaşım edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan 1–7 avqust Dünya Ana Südü Həftəsi münasibətilə sosial şəbəkə hesabında paylaşım edib.

Sherg.az xəbər verir ki, Əminə Ərdoğan paylaşımında ana südünün körpənin sağlam böyüməsi və inkişafını dəstəkləyən, ana ilə körpə arasında xüsusi bağı möhkəmləndirən əvəzsiz nemət olduğunu bildirib.

O qeyd edib ki, ana südünün hər damlasında şəfa, sevgi və güvən var. Əminə Ərdoğan hər bir körpənin həyata ana südünün qoruyucu gücü ilə başlamasını, hər bir ananın isə bu xüsusi bağı doyunca yaşamasını arzulayıb.