Əndişəyə əsas yoxdur
Şəymən Bayramova
08:26 05.03.2020
Cəmiyyət
848
Mart ayında keçiriləcək imtahanları apreldə keçirmək mümkündür
Koronavirus təhlükəsinə görə martın 3-dən 9-dək Azərbaycanda bütün təhsil müəssisələrində dərslər dayandırılıb. İnfeksiyanın Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində həyata keçirilən bu tədbir valideynlər tərəfindən müsbət qarşılansa da, yaranan fasilənin necə kompensasiya olunacağı sual doğurur?
Eyni zamanda məktəblərin bağlanmasının qarşıda şagirdləri gözləyən imtahan prosesinə təsiri də maraqlı məsələdir.
Şagirdlərin proqramdan geri qalma məsələsinə aydınlıq gətirən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Cəsarət Valehov bildirib ki, əsas məsələ şagirdlərin sağlamlığı olduğu üçün belə qərar qəbul edilib: “Dərslərdə yaranan fasilənin hər hansı müddətlə kompensasiya olunması ilə bağlı gələcək günlərdə dəqiq vaxt müəyyənləşdiriləcək”.
Onun sözlərinə görə, əgər ehtiyac yaranarsa, ayrı-ayrı məktəblərdə bu qərar uzadıla bilər. Amma hələlik bu barədə söz demək düzgün olmaz”.
Təhsil eksperti Kamran Əsədov koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarı ilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasını müsbət addım hesab edir. Ekspertin sözlərinə görə, "Təhsil haqqında" qanuna görə, tətil müddətlərinin yeri dəyişdirilə, bir tətil digər tətillə əvəz edilə bilər, ancaq bu, öncədən elan edilməlidir:
"Baş nazirin imzaladığı qərarda isə bu öz əksini tapmayıb. Yəni Nazirlər Kabinetinin qərarında tətillərin yerinin dəyişdirilməsi məsələsi yox idi. Lakin mən öz təklifimdə bu məsələyə toxunmuşdum. Pedaqoji təcrübəyə əsasən dərs günlərinin müddətinə 15 gündən artıq tətil əlavə edilərsə, yay tətili günlərində həmin tətil dərslərlə əvəz edilməlidir. Burada isə məqam fərqlidir. Elan edilən tətil müddəti 15 gündən azdır, yəni cəmi dörd günlükdür. Düşünürəm ki, aprel ayında heç bir tətil və bayram günü yoxdur. Bu səbəbdən həftə sonu üçün məktəblərdə dərs günü elan edilə bilər. Yəni 5 günlük məktəblərdə 4 həftə ardıcıl olaraq 6-cı gün dərs günü etməklə tətil elan olunmuş 4 günü əvəz etmək mümkündüür. Başqa bir versiya isə dərslərin birləşdirilməsidir. Yəni yalnız 4 dəfə olmaqla ardıcıl olan dərslər birləşdirilir. Bu da elə ciddi və təhlükəli bir məqam deyil. Elan edilmiş tətil 15 gündən artıq olsaydı, dərslər 14 iyun tarixində bitməyəcək və əlavə 15 gün də dərslər davam edəcəkdi. Bu o deməkdir ki, əlavə təhlükə olmasa və əlavə tətil gününə ehtiyac olmasa, dərslər öncədən planlaşdırılmış vaxtda, 14 iyunda başa çatacaq".
K.Əsədovun sözlərinə görə, koronavirusa görə məktəblərdə müvəqqəti tətil elan edilməsi o demək deyil ki, bu fürsətdən istifadə edib hamı uşağını götürüb əyləncə mərkəzlərinə, bölgələrə səfər etməlidir. Bu addım Nazirlər Kabineti tərəfindən məktəblilərin təhlükəsizliyi üçün atılıb:
"Nəzərə alsaq ki, DİM-in keçirdiyi imtahanlarda azı 50 min nəfər hər dəfə iştirak edir və imtahanlar orta məktəb binalarında təşkil olunur, ona görə də mart ayı ərzində keçiriləcək imtahanların vaxtının dəyişməsi mümkündür. Bu, DİM-in öncədən müəyyən etdiyi imtahan qrafiklərinə təsir göstərəcək. Amma mart ayında olacaq imtahanları aprel ayında keçirməklə problemi həll etmək mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə