Erməni vandalizmindən zərər çəkənlərə dövlət qayğısı: “Şəraitləri yaxşılaşdırılır”
Fidan Həmişəyeva
12:38 17.12.2020
Cəmiyyət
614
“Xalqın rifahı, maddi və mənəvi tələbatlarının ödənilməsi hər zaman dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib”
Sentyabrın 27-dən başlayan Vətən müharibəsində də Ermənistan silahlı qüvvələrinin vəhşi və barbar davranışlarının şahidi olduq. Düşmən hər zaman olduğu kimi bu dəfə də yanlış istiqaməti-mülki əhalini və yaşayış obyektlərini hədəf aldı. Buna baxmayaraq, yenə də ölkə başçısının diqqət və qayğısının şahidiyiq. 6 Noyabr 2020-ci ildə cənab Prezident tərəfindən mülki əhalimizə və dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəyən ziyanın aradan qaldırılması üçün müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən Azərbaycan Respublikasının Baş nazirinin rəhbərliyi ilə Dövlət Komissiyası və 11 işçi qrupu yaradılıb. Yaradılmış işçi qruplarına 11 rayonda mülki əhaliyə, dövlət əmlakına, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanı müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Prezidentin sərəncamına dair fikirlərini “Sherg.az”la bölüşən millət vəkili Tamam Cəfərova bildirib ki, Azərbaycan xalqının rifahı, maddi və mənəvi tələbatlarının ödənilməsi hər zaman dövlətin və ölkə başçısının sosial siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Xanım parlamentari söyləyib ki, Vətən müharibəsinin başladığı ilk gündən ölkə başçısının diqqət və qayğısı erməni vandalizmindən zərər çəkmiş vətəndaşlarımızın üzərində idi:
“Hələ müharibənin aktiv fazası başa çatmamış yaşayış yerləri erməni vəhşiləri tərəfindən dağıdılmış əhalinin müvəqqəti məskunlaşdırılması üçün müvafiq addımlar atıldı. Həmin vətəndaşlarımızın həyat şəraitinin təmin olunması üçün ardıcıl tədbirlərin görülməsi cənab Prezidenti üçün insan amilinin hər şeydən önəmli olduğunu göstərdi. Bu baxımdan Vətən müharibəsi zamanı mülki əhaliyə dəyən ziyanın ödənilməsinə dair imzalanan sərəncam mühüm əhəmiyyət kəsb edir”.
Millət vəkili qeyd edib ki, yaranmış problemlərin aradan qaldırılması üçün komissiya öz işinə başladı və ilkin qiymətləndirmələr başa çatdıqdan dərhal sonra Prezidentin növbəti Sərəncamı ilə müvafiq tədbirlərin görüldü:
“Sərəncama əsasən, erməni vandalizmi nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat ayrılacaq. Həmçinin şəxsi əşyalara dəymiş ziyanla bağlı hər ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər ailəyə 1000 manat məbləğində maddi yardımın göstərilməsi qərara alınıb”.
T.Cəfərova vurğulayıb ki, nəzərdə tutulan maddi yardım yaşayış evlərin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsilə ödəniləcək:
“Bu, şəffaflığı təmin etməklə yanaşı, zərərçəkmiş əhalinin ayrılan yardımı operativ şəkildə, maneəsiz almasına kömək edəcək. Həmçinin növbəti mərhələdə mülki əhaliyə, dövlətə və sahibkarlıq fəaliyyəti subyektlərinə məxsus ziyanın aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsinə başlanılacaq. Görülən bütün tədbirlər hökümətin və ölkə başçımızın xalqa göstərdiyi diqqət və qayğının bariz örnəyidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi