Ermənilər Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərini terrorla hədələyib
14:42 06.05.2020
Cəmiyyət
567
“Sosial şəbəkələrdə, xüsusilə informasiya müharibəsi konteksində çox aktiv fəaliyyət həyata keçiririk. İnformasiya müharibəsinin hazırda əsas hissəsinin sosial şəbəkələr platformasında həyata keçirildiyini nəzərə alaraq, orada da aktiv olmağa məcburuq. Xüsusilə son zamanlar sosial şəbəkələrdə apardığımız fəaliyyətimizə görə bizə çoxlu hücumlar var, hətta bizi ölümlə hədələyirlər”.
Report xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev bildirib.
“Ermənistandan və Dağlıq Qarabağdan olan bəzi aqressiv, radikal qüvvələr növbəti xarici səfərlərimizdə bizi ölümlə təhdid edərək hədəfə götürüldüyümüzü və bizə qarşı terror aktı törədəcəklərini yazırlar. Hətta bəzi erməni sosial şəbəkə istifadəçiləri bizə “Nemezis” terror əməliyyatını xatırladır. Bildiyiniz kimi, “Nemezis” əməliyyatı Osmanlı İmperiyasının ictimai-siyasi xadimlərinə qarşı erməni daşnakları tərəfindən edilmiş terror hadisəsi idi”, - deyə T.Gəncəliyev vurğulayıb.
Qeyd edək ki, T.Gəncəliyev bu ilin fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisə deputat seçilib.
O, 2018-ci ilin dekabrın 20-dən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına rəhbərlik edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol