Ermənilər torpaqlarımızda ekoloji soyqırım törədiblər
Turan
08:49 25.11.2020
Cəmiyyət
568
Ona görə də ilkin mərhələdə ərazi minalardan təmizlənməli, infrastruktur tədricən bərpa edilməlidir
İşğaldan azad olunan torpaqlarımızda bizi kifayət qədər rahat və gözəl həyat, inkişaf etmiş iqtisadiyyat gözləyir
Qarabağda investorların maraqlarına səbəb ola biləcək resurslar, strateji aktivlər, səmərəlilik və bazarlar mövcuddur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. Mərkəz rəhbəri bildirib ki, regionun həm 80 milyonluq İran, həm də Naxçıvan üzərindən 83 milyonluq Türkiyə bazarlarına çıxış imkanları ixracyönlü sərmayələr üçün cəlbedicidir. Direktorun sözlərinə görə, ümumiyyətlə, Qarabağ bölgəsi Azərbaycanda iqtisadi inkişafın yeni coğrafi drayveri, yəni artım mərkəzi olacaq. Bölgədə sərmayə qoyuluşu və quruculuq işləri Azərbaycanda Ümumi Daxili Məhsulun artımını sürətləndirəcək. İcraçı direktor vurğulayıb ki, işğaldan azad olunan ərazilərdə dağ-mədən sənayesi, yeyinti, emal sənayesi, metallurgiya, turizm-rekreasiya, yaradıcı sənaye, əczaçılıq, taxılçılıq, tərəvəzçilik, üzümçülük, pambıqçılıq, meyvəçilik, heyvandarlıq, quşçuluq, arıçılıq, tikini materialları kimi sahələr inkişaf potensialına malikdir:
“Post-konflikt quruculuğu ölkəmizin iqtisadi təhlükəsizliyi, o cümlədən ərzaq təhlükəsizliyi baxımından əhəmiyyətli rol oynayacaq. Bu ərazilərdə investisiyaların təşviqi üçün müxtəlif mexanizmlər, o cümlədən, sənaye parkları və məhəllələri, aqro və texnoparklar və digər investisiya təşviqi mexanizmləri tətbiq edilə bilər”. İşğaldan azad edilmiş rayonlarımızda iqtisadiyyatın yenidən dirçəldilməsi, bölgənin təbii şəraitinə uyğun iqtisadi sektorların qurulması ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Qarabağ bölgəsindən faydalanmaq üçün ilk növbədə regionda düzgün iqtisadi infrastrukturun qurulmasının zəruriliyi vurğulanır.
Qarabağda iqtisadiyyatın bərpası ilə bağlı “Şərq”ə danışan millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov bildirib ki, işğaldan azad olunmuş ərazilərimizin kifayət qədər böyük potensialı var. Deputatın sözlərinə görə, həmin bölgələrdə aqrar sektorun və kənd təsərrüfatının inkişafı üçün imkanlar genişdir:
“Qarabağ ərazisi məhsuldar torpaqlara malikdir. Ağdam və Füzuli rayonlarının torpaq fondunun 90 faizdən çoxu məhsuldardır. Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarının əraziləri də əlverişlidir. Bölgədə heyvandarlığın inkişafı üçün də münbit şərait var. Mövcud potensial bizə imkan verəcək ki, çox qısa zamanda ərazilərimizin ümumi iqtisadiyyatını inkişaf etdirə bilək. Təbii ki, iqtisadiyyatın bərpası mərhələli proses olacaq. İşğaldan azad edilmiş rayonlarımız tamamilə dağıdılıb. Ermənilər bizim ərazilərdə həm insanlarımıza, həm də infrastruktura qarşı barbarlıq ediblər. Torpaqlarımızda ekoloji soyqırım törədiblər. Ona görə də ilkin mərhələdə ərazi minalardan təmizlənməli, infrastruktur tədricən bərpa edilməlidir. Bu da zaman alan prosesdir. Lakin ikinci mərhələdən etibarən Qarabağ iqtisadiyyatının inkişafını müşahidə edəcəyik”.
V.Bayramov vurğulayıb ki, Qarabağa yerli və xarici sərmayələrin cəlb edilməsi imkanları da genişdir:
“İnvestisiya qoyuluşu yeni iş yerlərinin yaradılmasına və iqtisadiyyatın daha tez dirçəlməsinə imkan yaradacaq. Birmənalı şəkildə aqrar və sənaye məhsullarının emalında yerli istehsalın payı artacaq. İşğaldan azad olunan torpaqlarımızda bizi kifayət qədər rahat və gözəl həyat, inkişaf etmiş iqtisadiyyat gözləyir. Azərbaycan dövləti bu ərazilərdə normal yaşamı və gülüşü geri qaytarmaq iqtidarındadır. Bununla bağlı layihələr, planlar hazırlanır. Bərpa prosesindən sonra iqtisadiyyatın mərhələli tərəqqisini, xüsusən özəl sektorun sərmayə qoyuluşları hesabına yeni iqtisadi modelin formalaşmasını müşahidə edəcəyik. Bununla da Qarabağın rayonları “ruhlar şəhərindən” həyatın normala döndüyü bölgələrə çevriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya