Ermənilər Zəngilanda məscidi donuz fermasına çeviriblər
05:35 23.10.2020
Cəmiyyət
716
Dünyada, yer üzərində şeytanın insan formasında xislətini daşıyanlar da məhz ermənilərdir
Azərbaycanda erməni kilsələri bu günə qədər qorunur. Hətta ermənilərin Azərbaycanın ikinci böyük şəhəri Gəncədə dinc sakinləri hədəfləyən raket hücumları zamanı da bir erməni kilsəsinə zərər dəyib. Amma çox təəssüf ki, murdar ermənilər Zəngilanda məscidi donuz fermasına çeviriblər. Bu barədə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev öz "Tvitter" hesabında qeyd edib.
O bildirib ki, bu vandalizm aktının ermənilərin işğal etdikləri ərazilərdə Azərbaycanın mədəni irsini necə məhv etdiklərini sübut edir. N.Ağayev video şərhində yazıb: “Ermənilər tərəfindən donuz fermasına çevrilən Azərbaycan məscidi. Bu yaxınlarda işğaldan azad edilmiş Zəngilan rayonunda tapılan bu yer Ermənistanın işğal altındakı torpaqlarda Azərbaycan irsinə tamamilə məhəl qoymadığını göstərir. 30 il təhqir və məhv!”.
Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətva şöbəsinin əməkdaşı Ağa Səid Yaqubov bildirib ki, işğal altında olan torpaqlarımızın azad olunması və oradakı ibadət ocaqlarımızın açıq-aşkar görünən halı erməni xislətini bir daha bəyan edir. O diqqətə çatdırıb ki, bütün bunlar erməni millətinin insaniyyət aləmi üçün nə qədər zərərli olduğunu sübuta yetirir:
"Məscid, kilsə və senaqoq hər biri Allaha ibadət etmək üçün bir məkandır. Öz kilsəsinə, öz senaqoquna hörməti olan insan eyni zamanda Allahın evi olan məscidə də eyni ehtiramı bəsləməlidir.
İnsanların bir-birinə ədavətində Allah evlərinin heç bir günahı yoxdur. Allah evi ilə düşmənçilik bir daha onların insaniyyətlə düşmənçiliyini göstərir. Demək ki, ermənilər Allahın yaratdığı bəndə ilə necə düşmənçilik edirlərsə, Allahla da həmin düşmənçiliyi öz içlərində gizlədirlər. Allahla düşmənçilik edən insan da öz içərisində şeytanı gəzdirən insanlardır.
Çünki yalnız şeytan xislətli insanlar Allahla düşmənçilik edirlər. Dünyada, yer üzərində şeytanın insan formasında xislətini daşıyanlar da məhz ermənilərdir. Onlar insaniyyət aləmi üçün çox zərərlidirlər".
Ağa Səid vurğulayıb ki, tarix boyu ermənilər hər hansı bölgədə yaşayırlarsa, sonradan həmin xalqlara xəyanət edirlər və zərbə vururlar: "Donuz məscidlə tamamilə əks mütənasibdir. Yəni məscidin ehkamına görə, qanunlarına görə, donuz əti haramdır, murdardır. Murdar bir şeyi məscidə rəva bilmək, onu saxlamaq bu tək Azərbaycan yox, ilk növbədə Allahın qayda-qanunlarını pozmaq deməkdir.
Bütün dünya müsəlmanları buna reaksiya verməlidir. Səmavi dinlərdə bu məsələ qınaq obyektinə çevrilməlidir ki, Allah evinə düşmənçilik eləmək olmaz. Belə alçaqlığa susmaq olmaz.
Bu, dinsizliyin rəmzi nümunəsidir. Dinə qarşı insan nə qədər xəyanətkar olursa, düşmənçilik edirsə, o, Allahın yaratdığı bəndələrə qarşı daha çox düşmənçilik nümayiş elətdirir.
Bu gün ermənilər ümumən bəşəriyyətlə düşməndilər. Təəssüf ki, bu gün islam dünyasında bu məsələ qınanmır. Xristian dinində belə bir şey yoxdur ki, Allah evi ilə mübarizə aparasan.
"Qurani-Kərim"də də bu qınanılır. Ona görə də bu gün onların başına gətirilən məğlubiyyət Allahın onlara verdiyi bir cəzadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm