Ermənilərdən qənimət götürülmüş hərbi texnika Bakıda nümayiş etdiriləcək
05:38 13.11.2020
Cəmiyyət
653
Yaxın günlərdə müharibənin təhlili bütün istiqamətlərdə həyata keçiriləcək
Həmin qənimətlərin sərgilənməsi vətəndaşlarımız, xüsusən də gənclərimiz arasında böyük ruh yüksəkliyini, qürur hissini çoxaldacaq
“Göstəriş vermişəm ki, düşmənin qənimət götürülmüş hərbi texnikası Bakıya gətirilsin. Tapşırmışam ki, yer seçilsin, o texnikanı biz nümayiş etdirəcəyik”. Bunu noyabrın 11-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı deyib. Dövlət başçısı bildirib ki, bütün Azərbaycan xalqı bizim nəyi əldə etdiyimizi görəcək: “Məhv edilmiş bəzi texnika elə vəziyyətdədir ki, indi onu gətirmək mümkün deyil. Amma bu məlumatı mən ardıcıl şəkildə xalqımıza təqdim edirdim ki, biz düşmənin nə qədər texnikasını məhv etdik. Faktiki olaraq onların ordusunda texnika qalmadı, ordusu demək olar ki, yoxdur.
Özləri də bunu etiraf ediblər. Özləri də etiraf edirdilər ki, Azərbaycan onlara qalib gəldi. Yəni, qənimət götürülmüş o hərbi texnikanı nümayiş etdirəcəyik”.
Hərbi ekspert Şair Ramaldanov "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycan Ordusu qısa müddətdə qarşılarına qoyulmuş bütün döyüş vəzifələrini şərəflə yerinə yetirdilər. O bildirib ki, 44 günlük müharibə Azərbaycan Ordusunun hərbi-texniki, döyüş, taktiki və peşə hazırlığı və qarşılıqlı döyüş əlaqələndirilməsi üzrə düşmən üzərində tam üstünlüyünü göstərdi:
"Döyüş əməliyyatları düşmənin üzərində qısa müddətdə hərbi və psixoloji üstünlüyü qazandırmaqla yanaşı Azərbaycan daxilində milli həmrəyliyi, Qarabağ münaqişəsi məsələsində xalqın birliyini dünyaya göstərdi. Məhz bunun özü Azərbaycanı daxildən parçalamağa cəhd göstərən xarici qüvvələrə də bir mesaj oldu. Bir sıra ən müasir silah, kəşfiyyat və digər döyüş vasitələrinin uğurlu döyüş tətbiqi Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkar hazırlığını göstərdi. Ermənilər bizim artilleriya atəşi nəticəsində şəxsi heyətdə çox ciddi itkilər verdilər, həmçinin onların xeyli sayda hərbi texnikası sıradan çıxarıldı, o cümlədən qənimət kimi götürüldü”.
Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı əsasında düşməndən qənimət kimi götürülmüş həmin hərbi texnikaların ictimaiyyətə nümayişi təqdirəlayiqdir:
"Düşməndən əldə edilmiş hərbi texnikaların nümayişi ümumiyyətlə, bir çox ölkələrdə həyata keçirilir. Bildiyimiz kimi, bu gün yeni tariximizdir və bizlər də yeni tariximizin ən ön səhifəsini yaşamaqdayıq. Təbii ki, yaxın günlərdə müharibənin təhlili bütün istiqamətlərdə həyata keçiriləcək. Düşünürəm ki, düşməndən qənimət kimi əldə edilmiş həmin hərbi texnikaların göstərilməsi də onun bir hissəsidir.
Hesab edirəm ki, həmin qənimətlərin sərgilənməsi vətəndaşlarımız, xüsusən də gənclərimiz arasında böyük ruh yüksəkliyini, qürur hissini çoxaldacaq.
Həmçinin cəmiyyətimiz əyani şəkildə görəcək ki, biz İkinci Qarabağ müharibəsində hansı düşmənlə döyüşürdük və onların texnikalarını hansı hala sala bildik. Danılmaz bir faktdır ki, insanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amildir. Azərbaycan şanlı tarixi və əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edib. Bununla da bütün dünya bir daha biləcək ki, Azərbaycan xalqı bu gün də qəhrəman xalqdır.
Və bu xalq öz Vətənini göz bəbəyi kimi qorumaq üçün hər zaman mətin gənclər yetişdirib və yetişdirməkdədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm