Ortaq Mərkəzə məxsus ofislərin konkret hansı şəhərlərdə fəaliyyət göstərəcəyi məlum olmasa da, Mərkəzin ümumi proseslərə nəzarət funksiyasını həyata keçirəcəyi vurğulanır.
Ermənilərin yeni təxribatları gözləniləndir
Turan
09:16 02.12.2020
Cəmiyyət
779
Türk əsgərinin Qarabağda olması Azərbaycanın təhlükəsizliyinə təminat verir
Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması, vəzifə əsaslarına dair danışıqlar başa çatıb və razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər görülür. Bu barədə məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Məlum olduğu kimi noyabrın 11-də Türkiyənin Milli müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu Azərbaycan və Ermənistan arasında atəşkəsi müşahidə etmək və nəzarət üçün anlaşma memorandumu imzalayıb.
Ortaq Mərkəzə məxsus ofislərin konkret hansı şəhərlərdə fəaliyyət göstərəcəyi məlum olmasa da, Mərkəzin ümumi proseslərə nəzarət funksiyasını həyata keçirəcəyi vurğulanır.
Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması ilə bağlı “Şərq”ə danışan millət vəkili Azər Badamov deyib ki, noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Ermənistanın kapitulyasiyası və Azərbaycanın qələbəsi sənədidir. Deputatın sözlərinə görə, 9 bənddən ibarət olan Bəyanatın bu günə qədər bir çox bəndləri öz həllini tapıb:
“Bəyanatın 5-ci bəndində münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə sülhməramlı mərkəz yaradılır. Artıq yaradılacaq mərkəzdə fəaliyyət göstərəcək Türkiyə və Rusiya hərbiçilərin birgə fəaliyyəti haqqında razılaşma da imzalanıb. Bundan əlavə Türkiyə əsgərlərinin işğaldan azad olunmuş torpaqlarda yerləşdirilməsi nəzərdə tutulub.
Türkiyə əsgərinin Qarabağa gəlməsi və Ortaq Monitorinq Mərkəzində nəzarəti həyata keçirməsi Azərbaycanın istəyinə tam şəkildə uyğundur. Çünki Türkiyənin məlum Mərkəzdə olması imzalanmış üçtərəfli bəyanatın tam şəkildə icrasına və sonradan uzunmüddətli sülh prosesinə keçməsinə zəmanət rolunu oynayacaq”.
A.Badamov vurğulayıb ki, işğaldan azad olunmuş torpaqlarımız minalardan təmizlənir, yeni infrastruktur qurulur. Tezliklə soydaşlarımız öz ata-baba torpaqlarına qayıdacaq:
“Qaçqın və köçkünlərimizin qayıdışından sonra elə ərazilər və yaşayış məntəqələri olacaq ki, azərbaycanlılar ermənilərlə birgə yaşayacaqlar. Birgə yaşayışın təmin olunması, insanlar arasında düşmənçilik və ədavətin yenidən qızışmaması üçün türk əsgərinin rus əsgəri ilə bir yerdə sülhməramlı funksiyasının yerinə yetirilməsi vacibdir.
Ortaq monitorinq mərkəzində oturmuş türk əsgəri müasir texnoloji imkanlardan istifadə etməklə Dağlıq Qarabağda, Laçın dəhlizində və ümumilikdə işğaldan azad olunmuş ərazilərimizdə baş verə biləcək təxribatları öyrənəcək və vaxtında qarşısı alınacaq. Bizim Ermənistanla 500 km.dən artıq yeni quru sərhədimiz yaranır.
Bu sərhəd boyunca da ermənilərin yeni təxribatları gözləniləndir və türk əsgərinin bu ərazilərdə yerləşdirilməsi ölkəmizin bütün təhlükələrdən sovuşması deməkdir. Ümumiyyətlə, türk əsgərinin Qarabağda olması Azərbaycanın gücünə güc qatır və xarici təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır
20:25 23.06.2026
Gündəm
Ağcabədidə itkin düşən qohumlar tapılıb - YENİLƏNİB
20:14 23.06.2026
Hadisə
ABŞ-nin İranın sərt tələblərinə dözməyinin səbəbi var - ŞƏRH
20:00 23.06.2026
Gündəm
Putin: Sülh danışıqları Ukraynanın təşəbbüsü ilə dayandırılıb
19:14 23.06.2026
Dünya
Türkiyə parlamentinin sədri Azərbaycana gəlib
18:59 23.06.2026
Siyasət
Azərbaycan və Türkmənistan strateji ittifaq qurur - TƏHLİL
18:52 23.06.2026
Siyasət
İran bütün ölkə ərazisi üzərində hava uçuşlarını tam bərpa edib
18:45 23.06.2026
Region
Tramp artıq Putinə inanmır, Zelenskiyə çağırış etdi - KİV
18:38 23.06.2026
Dünya
Hakan Fidan Azərbaycanın Türkiyədəki səfiri ilə görüşdü
18:30 23.06.2026
Dünya
Livan Prezidenti: İsrailin heç bir şərtini qəbul etməyəcəyik
18:16 23.06.2026
Dünya
Polşa Baş naziri: Ölkədə anti-Ukrayna ab-havası hökm sürür
17:57 23.06.2026
Dünya
Zelenski Polşaya səfərdən imtina etdi
17:49 23.06.2026
Dünya