Ermənistan Azərbaycanla razılığa gəldi - İtkin düşmüş şəxslər birgə axtarılacaq
Yusif Nəzərli
13:38 04.06.2025
Cəmiyyət
432
Azərbaycanla Ermənistan arasında itkin düşmüş şəxslərin axtarışı üzrə birgə fəaliyyət aparılması barədə ilkin razılıq əldə olunub.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyan bildirib.
“İtkin düşmüş şəxslərin taleyi və mümkün axtarış əməliyyatları müzakirə edilib. Bu əməliyyatların davamlı olması üçün ilkin razılıq əldə olunub. Görüşün nəticələrini müsbət qiymətləndirirəm. Nəticələrin əldə olunmasında maraqlıyıq. Nəticə sabah, beş gün, bir ay və ya bir il sonra olacaqmı? Bunu dəqiq deyə bilmərəm. Amma nəticəyə nail olmaq üçün əlimizdən gələni edirik”, - qurum rəhbəri deyib.
Axtarış əməliyyatlarının Qarabağ və ya harada aparılacağı ilə bağlı suala Abazyan geniş şərh verməyib, birgə əməliyyat-axtarış tədbirləri ilə bağlı razılıq əldə olunduğunu bir daha təkrarlayıb.
Xatırladaq ki, iyunun 4-də Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında növbəti görüş keçirilib. Görüş çərçivəsində tərəflər münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı humanitar məsələləri müzakirə ediblər.
Görüşdə məlumat mübadiləsi imkanları, axtarış tədbirlərinin əlaqələndirilməsi məsələləri nəzərdən keçirilib. Tərəflər humanitar sahədə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb və itkin düşmüş şəxslərin ailələrinin maraqları naminə gələcək təmaslara hazır olduqlarını bildiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya