“Ermənistanda koronavirus nəzarətdən çıxıb” - Təhlükəli mərhələ
Fidan Həmişəyeva
14:54 18.06.2020
Cəmiyyət
839
“Vaxtında effektiv tədbirin görülməməsi səbəbindən virusa yoluxma və ölüm halları sürtələ artmaqdadır”
“Koronavirus pandemiyası başladığı ilk vaxtlardan hər bir ölkə bu bəlaya qarşı özünəməxsus formada mübarizə taktikası seçdi. Bir sıra dövlətlər ölkə iqtisadiyyatını xilas etməyi, bəzi ölkələri insan amilinə, onların sağlamlığının müdafiəsini əsas götürdü. Bunun bariz nümunəsi Azərbaycandır”.
Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili İlham Məmmədov deyib.
Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin yürütdüyü siyasətinin ana xəttini hər zaman insanların sağlamlığı təşkil edir:
“Elə ölkələr də oldu ki, nə ölkə iqtisadiyyatına, nə də insan amilinə üstünlük verə bildi. Bu faktın ən bariz nümunəsi kimi işğalçı Ermənistanı göstərə bilərik. Ermənistan əhalinin sayı 3 milyondan az olmasına baxmayaraq, nə koronavirusa pandemiyasına qarşı, nə ölkə iqtisadiyyatının qorunması istiqamətində effektiv fəaliyyət göstərə bilmədi. Nəticədə Ermənistanda koronavirus pandemiyası nəzarətdən çıxaraq, ən təhlükəli mərhələsinə qədəm qoyub. Son iki ayda bu ölkədə virusa yoluxmanın dinamikasına diqqət yetirmək kifayətdir. Vaxtında effektiv tədbir görülə bilməməsi nəticəsində həm virusa yoluxma halı, həm ölüm sayı sürtələ artmaqdadır”.
Deputatın sözlərinə görə, hazırda Ermənistanda koronavirus pandemiyası ilə bağlı durum çox kritik həddə çatıb:
“Virusa yoluxanların sayı sürətlə artığından həm xəstəxanalarda yer çatışmazlığı, həm də xəstələri müalicə edəcək həkim qıtlığı problemi ilə üzləşib. Paşinyan hakimiyətinin bacarıqsızlığı nəticəsində onsuz da sosial-iqtisadi, siyasi sahədə böhranın dərinləşdiyi Ermənistandakı böhran pandemiyadan sonra da daha da ölkə həyatının bütün sahələrini iflic vəziyyətinə salıb.
Nəticədə bu günlərdə Paşinyan özü ölkəsinin koronavirusla mübarizədə məğlub olduğunu etiraf edib. Baş nazirin müavini Mqer Qriqoryan isə ölkə iqtisadiyyatının tənəzzülünün geriyə dönməz hal ala biləcəyini istisna etməyib. “Əgər biz koronavirus pandemiyasə ilə bağlı sərtləşdirici addımları davam etdirsək, o zaman ermənistan iqtisadiyyatının tənəzzülü geriyədönməz proses alacaq və bu da çox təhlükəlidir”- M. Qriqoryan erməni jurnalistlərinə açıqlamasında deyib. Artıq Ermənistanı idarə edən şəxslərin öz dilləri ilə dedikləri bu fikirlər bu ölkənin hansı durumda olduğunu açıqca ortaya qoyur”.
İ.Məmmədov əlavə edib ki, Azərbaycanda vəziyyət tamamilə fərqlidir:
“Rəqəmlərə müraciət edərək, Azərbaycanla Ermənistan arasında müqayisə aparsaq, o zaman mənzərə daha aydın görünər. Azərbaycan əhalisi artıq 10 milyondan çox, Ermənistanda isə təxminən 2.9 milyon nəfərdir. Azərbaycanda koronavirusa yoluxmanın ümumi sayı 10 mindən bir az artıq olduğu halda, Ermənistanda isə 18 mindən çoxdur. Bu ümumilikdə Azərbaycan və Gürcüstandakı yoluxma sayından daha artıqdır. Azərbaycanda aparılmış ümumi test sayı 400.000-ə yaxınlaşır. Ermənistanda indiyədək cəmi 87.000-dək test aparılıb.
Son günlərdə yoluxmaların sayına görə Ermənistan yenə də üst sıralarda yer alır, ekspertlər gündəlik yoluxmaların sayının 500-700 nəfər olduğunu bildirirlər. Pandemiyaya qarşı Azərbaycan dövləti 3.5 milyard manat məbləğində büdcə ayırdığı zaman Ermənistan dövləti cəmi 300 milyon dollar həcmində vəsait xərcləmək imkanına malik olduğunu bildirib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Elm və Təhsil Nazirliyinin dərsini vermək lazımdır - Həsən Həsənov
17:08 21.09.2026
Gündəm
Türkiyəli aktrisa Afra Saraçoğlu İstanbul aeroportunda saxlanılıb
17:05 21.09.2026
Hadisə
Özbəkistan Prezidenti Putinə zəng etdi
16:52 21.09.2026
Dünya
Tramp: Ukraynadakı münaqişəyə son qoyulmalıdır
16:14 21.09.2026
Dünya
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb
16:11 21.09.2026
Dünya
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
15:49 21.09.2026
Elm və Təhsil
BMT Xəzər dənizi ilə bağlı layihə həyata keçirəcək
15:17 21.09.2026
Dünya
Qırğızıstanda qoyun bir milyon dollara satıldı
15:16 21.09.2026
Dünya
“Parlamentimiz fil qulağında yatıb” - Azər Həsrət
15:10 21.09.2026
Aktual
Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb
15:04 21.09.2026
Hadisə
Bakıda iki bağça fəaliyyətə başladı
14:32 21.09.2026
Elm və Təhsil
İmran Xanın bacıları saxlanıldı
13:57 21.09.2026
Dünya
Putin Paşinyanı iki cümlə ilə təbrik etdi
13:19 21.09.2026
Dünya
Türkiyənin cənubunda 5 maqnitudalı zəlzələ baş verib
12:38 21.09.2026
Hadisə
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
12:34 21.09.2026
Gündəm