Ermənistandan türk mallarına embarqo !- “Türkiyəyə zərrə də təsiri yoxdur”
Fidan Həmişəyeva
15:10 06.01.2021
Cəmiyyət
739
“Türkiyə qüdrətli bir dövlətdir, güclü iqtisadiyyatı var”
“Ermənistan nə qədər türk malı satır ki, qardaş ölkənin iqtisadiyyatına təsir göstərə bilsin?!”
“Bu ölkənin xilas yolu qonşuları ilə normal iqtisadi münasibətləri qurmaqdan keçir”
İqtisadi böhran yaşayan Ermənistan yanvarın 1-dən etibarən türk mallarının idxalına qadağa qoyub. İdxal qadağasına gömrük işçilərinin nəzarət edəcəyi bildirilir. Məhdudiyyətlərin müddəti isə 6 aydır. Qərar ölkənin Nazirlər Kabineti tərəfindən oktyabr ayında qəbul edilib. O zaman Ermənistan hökuməti bəyan edib ki, embarqo guya Ankaranın Qarabağ münaqişəsində Bakıya göstərdiyi dəstəklə bağlıdır.
Təbii ki, Ermənistanın türk mallarına tətbiq etdiyi embarqonun qardaş ölkə üçün mühüm əhəmiyyəti yoxdur. 2 milyon əhalisi olan Ermənistan kimi bir dövlətin Türkiyə iqtisadiyyatına zərbə vurması mümkünsüz və absurddur.
Türkiyədə yaşayan tanınmış jurnalist İbrahim Nəbioğlu Ermənistanın verdiyi qərarla bağlı fikirlərini “Sherg.az”la bölüşüb:
“Hələ oktaybr ayında türk mallarının Ermənistana idxalının qadağasına aid qərar qəbul ediləndə ermənilər bilmirdilər ki, müharibə nə zaman və necə bitəcək.
Məqsədləri bu idi ki, Azərbaycanla Türkiyə bir yerdə vuruşur deyə qardaş ölkəyə iqtisadi embarqo tətbiq etsinlər. Lakin ermənilər böyük embarqo tətbiq edə bilmədilər, sadəcə türk mallarının satışını qadağan etdilər.
Ermənistan türk mallarının satışına nə qədər qadağa qoysa da, bunun Türkiyəyə zərrə qədər də təsiri yoxdur. Türkiyə qüdrətli bir dövlətdir, güclü iqtisadiyyatı var. Ermənistan nə qədər türk malı satır ki, qardaş ölkənin iqtisadiyyatına təsir göstərə bilsin?. Bu baxımdan hesab edirəm ki, ermənilər diqqət çəkmək üçün bunu etdilər”.
İ.Nəbioğlunun qənaətincə, Ermənistanın ayaqda durmasının yeganə yolu Azərbaycan və Türkiyə ilə iqtisadi münasibətləri bərpa etməkdir:
“Bu münaisbətlər bərpa edilməyincə Ermənistanın qurtuluşu və minimum səviyyədə yaşaması mümkün deyil. Ruslar nə qədər kömək edəcəklər ki?. Ermənistan onsuz da 30 ildir ki, Rusiyanın dotasiyası ilə yaşayan ölkədir.
Hazırda isə Rusiyanın özü ciddi iqtisadi problemlərlə üz-üzədir. Xüsusilə də yanvarın 20-də Bayden prezident kimi fəaliyyətə başlamaqla Rusiya ilə münasibətlərin kəskin pisləşəcəyi gözlənilir.
Ermənistanın xilas yolu qonşuları ilə normal iqtisadi münasibətləri qurmaqdan keçir. Əks təqdirdə iqtisadiyyatlarının tənəzzülü qaçılmazdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat