“Ermənistanın Rusiya ilə bağlı siyasətinin iç üzü açılıb” – AKTUAL ŞƏRH
Fidan Həmişəyeva
15:30 13.05.2020
Cəmiyyət
1029
“Azərbaycan Prezidentinin Valdaydakı çıxışı bu siyasətin ifşasını zirvə nöqtəsinə çatdırıb”
“Bu yaxınlarda Paşinyanın babasının faşistlərə xidmət etməsi ilə bağlı üzə çıxan faktlar bunu sübut edir”
Prezident İlham Əliyev Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" (“Milli müdafiə”) jurnalının may buraxılışına müsahibə verib. Ölkə başçısı müsahibəsində Azərbaycan -Rusiya münasibətləri ilə bağlı maraqlı məqamlara toxunub.
Prezident Azərbaycan-Rusiya dostluq münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini deyib:
“Rusiya ilə bizim münasibətlərimiz zamanın sınağından çıxıb. Hər iki tərəf bu münasibətləri strateji tərəfdaşlıq münasibətləri adlandırır. Bu, həqiqətən belədir. Biz həm qonşuyuq, həm də mehriban dostlar. Son dövrdə bizim münasibətlərimiz daha səmərəli və keyfiyyətli olub”.
Azərbaycan Prezidenti qeyd edib ki, ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsi təqribən 20 faiz artıb və 3 milyard dollardan çox olub:
“Burada bir məqamı qeyd etmək çox vacibdir ki, koronavirus pandemiyası ilə əlaqədar vəziyyətə baxmayaraq, cari ilin birinci rübündə ölkələrimiz arasında əmtəə dövriyyəsi 2 faiz artıb, ixrac-idxal əməliyyatlarının həcmi də artıb. Bu da çox vacibdir ki, Şimal-Cənub nəqliyyat dəhlizi fəaliyyətini davam etdirir, o cümlədən bu dəhliz çərçivəsində yükdaşımalar və tranzit daşımaları həyata keçirilir.
Azərbaycan-Rusiya münasibətlərinin hər zaman yüksək səviyyədə inkişaf etdiyini deyən millət vəkili Səməd Seyidov “Sherg.az” a açıqlamasında bildirib ki, bu münasibətlərin əsasını ulu öndər Heydər Əliyevin apardığı siyasətdə tapmaq mümkündür.
Parlamentarinin fikrincə, Rusiya kimi böyük bir qonşu ilə normal münasibətlər qurmaq Azərbaycanın milli maraqları çərçivəsindədir:
“Cənab Prezidentin də apardığı siyasət Azərbaycan-Rusiya münasibətlərini strateji əməkdaşlıq səviyyəsinə yüksəldib. Bu gün həm regionda, həm beynəlxalq təşkilatlarda, həm də hansısa ümumi təşəbbüslərdə nümayəndə heyətləri olaraq bir-birimizə dəstək veririk. Dünyaya vacib bir mesajı da çatdırırıq ki, regionun siyasi gücünə malik olan ölkələrlə əlaqələri ikitərəfli hörmət əsnasında qurmaq mümkündür”.
S.Seyidov qeyd edib ki, Azərbaycan Rusiyanın milli maraqlarına toxunmur, amma bu gün Rusiya-Azərbaycan münasibətləri regionda başqa ölkələri də Azərbaycanın apardığı siyasətə diqqət yetirməyə vadar edir:
“Məsələn, Rusiya-Türkiyə, Rusiya-Orta Asiya, Rusiya-İran münasibətləri. Bunların hamısının içində Azərbaycanın dəst-xətti də görünməkdədir. Ona görə də Rusiyanın Azərbaycanda və Azərbaycanın Rusiyada olan nüfuzu getdikcə artır.
Məlumdur ki, Azərbaycanda rus dilinə xüsusi bir münasibət var. Ölkəmizdəki orta və ali məktəblərdə rus dilindən geniş şəkildə istifadə olunur, qəzetlər, jurnallar, kitablar, saytlara rus dilinin istifadəsi üçün hansısa məhdudiyyətlər qoyulmur. Əksinə rus dilinin inkişaf etdirilməsi üçün lazım olan şərait yaradılır. Həmçinin ölkəmizdə xristian-provaslav dininə münasibət yaxşıdır.
Heç kim üçün sirr deyil ki, Azərbaycan dövləti rus kilsəsinin təmir olunmasına və tam azad formada fəaliyyət göstərməsinə şərait yaratdı. O cümlədən Azərbaycanda rusların icması, ruslar Azərbaycan vətəndaşlarının hüquq və imkanlarından istifadə edərək geniş şəkildə özlərinin inkişafını, potensialını bütün sahələrdə göstərmək imkanlarına malikdirlər”.
Deputat onu da diqqətə çatdırıb ki, ölkəmizdə rus dilinə münasibət, provaslav kilsəsinin Azərbaycanda fəaliyyəti, rus mədəniyyətinin yüksək səviyyədə qorunub saxlanılması təbii ki, Azərbaycan və Azərbaycançılıq ideyasının da Rusiyada yüksək səviyyədə qəbul olunmasına səbəb olub:
“Heç vaxt bu yol birtərəfli olmayıb. Belə bir münasibət Azərbaycanın ümumi imicinin Rusiyada yüksəlməsinə böyük köməklik göstərib. Bu gün Azərbaycan Ermənistanda Rusiyaya ilə bağlı siyasətin və rus dilinə, rus mədəniyyətinə olan münasibətin iç üzünü açıb. Bununla yanaşı cənab Prezidentin Valdayda çıxışı bu siyasətin iç üzünün açılmasını zirvə nöqtəsinə çatdırıb. Bu yaxınlarda Paşinyanın babasının faşistlərə xidmət etməsi ilə bağlı üzə çıxan faktlar bunu sübut edir. Hazırda Azərbaycan-Rusiya münasibətləri yeni bir dövr yaşayır. Hesab edirəm ki, bu həm Azərbaycan, həm də Rusiya üçün çox xeyirlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
13:54 07.07.2026
Gündəm
Ukrayna Rusiyanın 8 tankerini vurdu
13:49 07.07.2026
Dünya
Ekoloji izi azaldan təlim: “Yaşıl Yol Xəritəsi” Gəncədə
13:44 07.07.2026
Ölkə
Türkiyənin hərbi üstünlüyünün sirri... - Gülər
13:32 07.07.2026
Gündəm
Buna görə cərimələr müəyyənləşir
13:28 07.07.2026
Gündəm
Pensiyalar nə vaxt veriləcək?
12:26 07.07.2026
Sosial
Ankarada 36-cı NATO Sammiti başlayıb - FOTO
12:12 07.07.2026
Gündəm
Mərdəkanda dənizdə nəzarətsiz ərazidə 16 yaşlı oğlan batıb
12:06 07.07.2026
Hadisə
Müəllimlərin geyimi ilə bağlı qanun qəbul edildi
11:59 07.07.2026
Aktual
Abşeronda silah-sursat tapıldı - VİDEO
11:49 07.07.2026
Hadisə
Şavkat Mirziyoyev İordaniya XİN başçısını qəbul etdi
11:34 07.07.2026
Dünya
Baş nazir İstanbulda turist oldu: Tarixi məkanları ziyarət edib
11:34 07.07.2026
Gündəm
İndoneziyada Levotobi vulkanı yenidən püskürdü
10:35 07.07.2026
Hadisə
Tramp, Makron və NATO-ya üzv 32 ölkənin lideri Türkiyədədir
10:28 07.07.2026
Gündəm