“Əsas məqsəd vətəndaşların qorunmasıdır”
Fidan Həmişəyeva
11:31 07.07.2020
Cəmiyyət
711
“Cərimələrin artırılması yoluxma saylarının azalmasına təsir göstərə bilər”
“Ona görə Cə vətəndaşların maksimum diqqətli olması vacibdir”
Ölkəmiz koronavirus infeksiyası ilə mübarizədə bütün təbdirləri həyata keçirir. Virusun yayılmasının qarşısının alınması, ölkə səhiyyəsinin və aidiyyəti infrastrukturun koronavirusla səmərəli mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırılması əsas məqsədlərdən biridir.
Hər birimizin ətrafında koronavirusa yoluxmuş şəxslər, ailələr var.
Onların necə böyük problemlə üzləşdiklərini görürük. Bu, məsuliyyətli davranış nümayiş etdirmək, birlik, həmrəyliyimizi daha da gücləndirmək üçün siqnal olmalıdır. Hazırkı dövrdə koronavirusla mübarizədə müsbət nəticənin əldə olunması təkcə dövlətin, Operativ Qərargahın fəaliyyətindən deyil, həm də bütövlükdə cəmiyyətimizin, hər bir vətəndaşın məsuliyyətli davranışından asılıdır.
Millət vəkili Kamal Cəfərov “Sherg.az”a açıqlamasında bildirib ki, bu gün koronavirusla mübarizə zamanı ən vacib məsələlərdən biri vətəndaşları tibbi maskalardan istifadəyə təşviq etməkdir:
“Əsas məqsəd vətəndaşların qorunmasıdır. Lakin təcrübə göstərir ki, vətəndaşlar qapalı yerlərdə, marketlərdə tibbi maskalardan istifadə etmirlər. Polislərin daim onlara nəzarət etməsi mümkün deyil. Bu baxımdan cərimələrin artırılması zəruri hesab edilir. Əvvəllər tibbi maskalarla bağlı cərimələrin aşağı olması vətəndaşları onlardan istifadəyə təşviq etmirdi. Ona görə də tibbi maskalarla bağlı cərimələrin miqdarının qaldırılması vətəndaşları daha çox istifadəyə yönəldəcək. Bununla əhalinin sağlamlığına nail ola bilərik”.
Parlament üzvü bildirib ki, karantin rejiminin pozulması ilə bağlı hüquqi şəxslərin məsuliyyətsizliyinin fiziki şəxslərə nisbətən daha çox olduğuna dair iddialar var:
“Hesab edirəm ki, cərimələrin artırılması yoluxma saylarının azalmasına təsir göstərə bilər. Ona görə də vətəndaşların maksimum diqqətli olması vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region