Əsas olan bəşər övladının qorunmasıdır
Məlahət Rzayeva
07:54 17.03.2020
Cəmiyyət
737
Yas mərasimlərinin qadağan edilməsini hamı anlayışla qarşılamalıdır
Hacı Şahin Həsənli: "Ehsan verə bilmir, əvəzində kimsəsizə kömək etsin, ehtiyaclı birinə yardım etsin. Bu, daha artıq savab əməl olar, nəinki ehsan süfrəsinin təşkili"
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah sosial izolyasiya tədbirlərinə qərar verdi. Sosial izolyasiya tədbirləri çərçivəsində yas mərasimlərinin keçirilməsi də qadağan olunur. Bir neçə gün öncə Qərargah tərəfindən elan edilən qaydalarda ölkədə dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunduğu qeyd edilib. Tətbiq olunan xüsusi rejimin bir ay davam edəcəyi açıqlanıb.
Məlumdur ki, ölkəmizdə yas mərasimlərinin, vəfat etmiş şəxsin adına “3”, “7”, “40”, il mərasimlərinin keçirilməsi adət halını alıb. Bu tip mərasimlərin ərzaq israfçılığı baxımından dinimizin ehkamlarına zidd olduğu, həmçinin islam dinində heç bir əsası olmadığı da, zaman-zaman ziyalılar, o cümlədən din xadimləri tərəfindən də bildirilib. Lakin əhali yenə də “doğru” bildiyini edir, ehsan məclisləri təşkil edilməzsə, vəfat etmiş şəxsə hörmətsizlik hesab olunar düşüncəsi ilə hərəkət edir.
Bəs indi, artıq rəsmi qadağa qoyulduğu bir vaxtda, həm də virus təhlükəsi bu qədər real olduğu bir vaxtda yas mərasimləri necə təşkil edilməlidir?
Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli “Şərq”ə açıqlamasında bildirdi ki, dinimizin yas mərasimləri ilə bağlı konkret göstərişləri var:
- Yas mərasimi mərhumun yuyulması, kəfənlənməsi, cənazə namazının qılınması və dəfndən ibarətdir. Ehsan məclislərinin təşkili ilə bağlı islam dinində heç bir qayda, göstəriş yoxdur. Yəni, yas mərasimlərinin ehsan süfrəsi formasında təşkili dini baxımdan vacib şərt deyil. Bəşər övladı üçün əsas olan bəşər övladlarının qorunması, canın mühafizəsidir. Ona görə də insanlarımız yas mərasimlərinin keçirilməməsi qadağasına anlayışla yanaşmalı və qaydalara riayət etməlidirlər. Xüsusilə əgər ekstremal situasiyadırsa, bu cür əməllər tərk edilməlidir. Bu da bizim vətəndaşlara tövsiyə olunur. Görürsünüz ki, Qafqaz Müsəlmanları İdarəsi də cümə namazlarının müvəqqəti olaraq təxirə salınmasını tövsiyə etdi. Eləcə də kütləvi yas mərasimlərinin təşkilinin də müəyyən müddətə, təhlükə sovuşanadək keçirilməməsi tövsiyə olunur.
H.Ş.Həsənli yas mərasimi təşkil edə bilməyənləri sakitləşdirdi:
- Heç kim narahat olmasın ki, doğması üçün, ailə üzvünə ehsan verə bilməyəcək. Ehsan gözəllik, gözəl, yaxşı, xeyirxah əməl deməkdir. Ehsan verə bilmir, əvəzində kimsəsizə kömək etsin, ehtiyaclı birinə yardım etsin. Bu, daha artıq savab əməl olar, nəinki ehsan süfrəsinin təşkili. Allah-təala biz bəndələrinə əmanət verdiyi canı qorumağı tapşırıb. Vacibdir ki, müsəlman həm özünü qorusun, həm də ətrafdakıların sağlığının təhdid olunmasına yol verməsin.
H.Ş.Həsənli yas mərasimləri ilə bağlı əhali arasında maarifləndirici tədbirlərin aparılmasının vacibliyini də vurğuladı:
- Ruhanilər, din xadimləri bununla bağlı əhalini məlumatlandırmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual