Eşq xəstəlikləri önləyir: İnsan sevməyə başladımı yaşamağa da başlar - ARAŞDIRMA


 Romantik bir əlaqənin həm həyatınıza, həm də sağlamlığınıza təsirləri böyükdür. Aşiq olduğunuz  zaman bədəninizdə heç gözləmədiyiniz dəyişikliklər baş verir. 

Duyğularımızı idarədən çıxarır

"Eşqin gözü kordur " olduqca doğru bir ifadədir.  Xüsusilə ilk mərhələlərində. Mütəxəssislərə görə, romantik bir əlaqənin ilk başlanğıcında bədənimizdə kortizol - stress hormonun səviyyəsi artır. Stress hormonunun artımı, ruh halımızı oyadan seratonini istehlak edir. Yüksək stress hormonu və aşağı seratonin duyğularımızı bir sürət qatarındakı kimi hiss etməyimizə səbəb olur. Bu da narahatlıq və gərginliyə yol açır. 

Coşğunu alovlandırır

Aşiq olmaq özümüzü narahat və gərgin hiss etməyimizə səbəb ola bilər. Ancaq eyni zamanda bədəndə bir coşğu yaradır. Aşiq olduğumuzda dopamin ifraz etdiyimiz üçün eşq, xoşbəxtlikverici bir təcrübəyə çevrilir. Araşdırmalara görə, eşq dolu bir əlaqə, maddə asılılığına və depressiyaya qarşı təsirli bir panzehir ola bilər. Digər yandan bədən bədənə təmas etdiyində ifraz etdiyimiz oksitosin - eşq hormonu - dinclik və səadət hissi yaradır. 

Korlaşdırır

"Eşqin gözü kordur" elmin doğruluğunu sübut etdiyi bir başqa deyim. Araşdırmalara görə, romantik bir əlaqə içində olduğumuzda beynimizin digər insanlarla əlaqədar əhəmiyyətli qiymətləndirmələri edən hissəsi özünü bağlayır. Bu səbəblə daha az mənfi duyğuya sahib oluruq. Qorxu və ictimai mühakimə də buna daxildir. İnsanların mənfi düşüncələri çox umurumuzda olmur. Başqa bir araşdırmaya görə, dopaminin yan təsiri olaraq aşiq olduğumuz adama baxarkən göz bəbəklərimiz böyüyür. Səs tonumuz dəyişir.

Elmi araşdırmalar göstərir ki, birindən təsirləndiyimiz zaman fərqində olmadan səs tonumuzu dəyişdiririk. Bir araşdırmada kişilərin cazibədar gördükləri qadınlarla daha alçaq bir tonda danışdığı ortaya çıxıb. Başqa bir işdə isə qadınların əksinə cazibədar gördükləri kişilərlə daha yüksək bir tonda danışdığı məlum olub.

Ağrını kəsir


Eşq acı verə bilər, ancaq bəzən ağrıkəsici təsiri də var. 2010-cu ildə aparılan bir araşdırmada əlaqələrinin ilk 9 ayında olan cütlüklərdən ağrıya məruz qalarkən 3 mərhələni keçmələri istənilib. İlk mərhələdə sevdiklərinin şəkili göstərilib. Başqa bir mərhələdə eyni dərəcədə cazibədar bir tanışının şəkili göstərilib. Sonuncuda isə ağrını azaltmaq üçün söz çağırışı texnikası tətbiq olunub. Sonunda sevdiklərinin şəkili və söz çağırışı testinin ağrını azaltmaqda təsirli olduğu aydınlaşıb.

Xəstəlikləri önləyir

 Sağlam bir eşq əlaqəsinin sizi xəstəliklərdən qoruduğunu bilirdinizmi? Carnegie Mellon Universitetinin apardığı araşdırmaya görə,  ictimai dəstək və tez-tez sarılmağın adamın infeksiyalara tutulmaq riskini azaltdığı ortaya çıxıb. 


Yaradıcılığı artırır

Eşq və şəhvət, yaradıcılıq söz mövzusu olduğunda bir-birindən fərqli şeylər ola bilər. 2009-cu ildə araşdırmada iştirakçılar 2 qrupa ayrılıb. İlk qrupdan tərəf müqabilləri ilə uzun bir gediş xəyal etmələri istənilib, digər qrupdan cazibədar bir adamla sıravi bir seks xəyal etmələri xahiş olunub. Araşdırmaçılar daha sonra yaradıcılıqlarını ölçmək üçün bəzi testlər verib. Nəticədə ilk qrupdakıların kreatif hisslərinin daha qüvvətli olduğu görünüb.

Ürəyə xeyirlidir

Beləliklə eşq ürəyinizə hər mənada yaxşı təsir edir. Ürək və damar xəstəlikləri ilə bağlı bir araşdırmaya görə qısa və isti fiziki təmaslar ən  stressli anlarda belə təzyiqi və ürək ritmini salır. Başqa bir araşdırmaya görə, xoşbəxt cütlüklər daha aşağı təzyiq, stress və depressiya nisbətinə sahibdir. Həm də həyatlarından daha çox məmnundurlar. Mütəxəssislərə görə, eşq xəstəlikləri önlədiyi kimi, xəstəlik vəziyyətində yaxşılaşmağı da sürətləndirir.

Turan