"Evdə qal, Cəmiyyəti qoru"kampaniyası effektiv olacaq - QHT-lərdən dəstək
Şəymən Bayramova
13:39 30.03.2020
Cəmiyyət
838
Müşfiq Ələsgərli:“Pandemiyaya qarşı mübarizənin ən yaxşı yolu cəmiyyətlə dövlətin həmrəy hərəkətindən keçir”
QHT-lər Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısını almaq üçün töhvə verə bilərlər. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu sahədə fəaliyyəti koordinasiya etmək məqsədilə kampaniyaya başlayıb. Şura müvafiq dövlət qurumları ilə birgə həyata keçirdiyi qrant müsabiqələrdən 9 istiqamət üzrə qalibi olan 56 layihənin mövzularını və fəaliyyət planını dəyişərək koronavirusla mübarizə tədbirlərinə yönəltməyi təklif edib. Paralel olaraq, REAL TV ilə birgə "Evdə qal, Cəmiyyəti qoru" kampaniyası keçirilir.
QHT-lərə Dövlət Dəstəyi Şurasının bu addımınə yüksək qiymətləndirən Jurnalist Həmkarları İttifaqının sədri Müşfiq Ələsgərlinin “Sherg.az”a açıqlamasına görə, koronovirusla mübarizə təkcə dövlət qurumlarının, səhiyyə müəssisələrinin işi deyil. Pandemiyaya qarşı mübarizənin ən yaxşı yolu cəmiyyətlə dövlətin həmrəy hərəkətindən keçir: “ Əgər cəmiyyət düzgün reaksiya verməsə, standartlara əməl etməsə, “COVİD-19” la mübarizədə lazımi effekt əldə olunmayacaq. Bunu virusun geniş yayıldığı ölkələrin acı təcrübəsi isbat edir. Cəmiyyəti bu yöndə səfərbər etməyin ən yaxşı yolu isə vətəndaş cəmiyyəti institutlarının, yəni QHT lərin və KİV lərin fəaliyyətidir. Hesab edirəm ki, QHT Şura QHT ləri bu işə səfərbər etməklə, çox mühüm, effektiv addım atmış olur.
Təmsilçisi olduğum QHT-Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi hər iki kampaniyanı alqışlayır və üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət
Məkkəyə hücumun qarşısı alındı
11:50 16.09.2026
Dünya
Medvedçuk: “Sadə avropalılar Rusiya ilə müharibə istəmir”
11:33 16.09.2026
Dünya