Fazil Mustafa: “Ədalət Tahirzadə yenə də yeniləşmədən məhrum qalacaq!”

"Üzgünəm. Avrasiya Universitetinin professoru hörmətli Ədalət Tahirzadə aydınlanması üçün göndərmək istədiyim son kitabımı qəbul etməyəcəyini ən yeni statusunda bildirib. Demək yenə də dəyişimdən, yeniləşmədən məhrum qalacaq".

Sherg.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Musatafa deyib. O, sözlərinə davam edərək qeyd edir:

"Maraqlıdır ki, adamın bu davranışını rəy yazıb dəstəkləyənlərin də içində bir ağıllısı yoxdur e… Əksinə, ötən gün Ekspo Mərkəzdə “Fərqliliyin rəngi” adlı sərgidə hansı çadıra yaxınlaşdımsa, kitablardan bir nüsxəsini xahiş edib götürdüm. Kitablar fərqli dinlərə aid görüşləri ifadə edirdi. 40-a yaxın kitab əldə etmək məni xeyli sevindirdi. Bunlar “Quran”dan başqa kitab oxumağı haram sayan bəzi “müsəlmanlar”a bənzəyirlər. Məsələn, mən şəxsən şəxsinə sayğı duymadığım Ədalət Tahirzadənin, Cəmil Həsənlinin belə yeni kitablarını harada görsəm alaram. Kimin yazmasından asılı olmayaraq kitab almaqdan, onu oxumaqdan imtina etmək sağlam mühakimə ilə uyuşmayan davranışdır".