Fitrə-zəkatının məbləği və verilmə qaydaları açıqlandı
Yusif Nəzərli
11:52 24.03.2025
Cəmiyyət
678
Şəriətə əsasən fitrənin miqdarı ən çox istifadə olunan ərzaq məhsullarına uyğun müəyyən edilir. Bu, əsasən 3 kiloqram buğda, un və ya digər əsas qida məhsullarıdır. Bundan daha dəyərli ərzaqlar – düyü, xurma və kişmiş də fitrə hesablanarkən nəzərə alına bilər. Lakin fitrəni ərzaq şəklində yoxsula vermək bəzi hallarda praktiki çətinliklər yaradır. Bir yoxsula 40-50 kiloqram buğda, un və ya düyü təqdim etmək müəyyən narahatlıqlara səbəb ola bilər.
Bu sözləri Axar.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.
O bildirib ki, hər il olduğu kimi, bu il də fitrə zəkatının pul şəklində verilməsi daha məqsədəuyğundur:
"Bu il də fitrə məbləği adambaşına 10-15 manat arasında müəyyən olunmalıdır. Hər bir ailə üzvü üçün uyğun məbləğ hesablanaraq çıxarılmalıdır. Məsələn, beş nəfərlik bir ailə ən azı 50 manat fitrə pulu verməlidir. İmkanları məhdud olanlar daha aşağı məbləğdən hesablaya bilərlər – məsələn, buğda və undan hesablayaraq. Ancaq normal yaşayış səviyyəsinə malik insanlar düyü, kişmiş və xurma kimi daha dəyərli ərzaqlara əsasən fitrə çıxarmalıdırlar”.
QMİ rəsmisinin sözlərinə görə, fitrə-zəkatın verilməsi də xüsusi qaydalara malikdir:
“O, ilk növbədə yoxsullara, ehtiyacı olanlara çatdırılmalıdır. Ən yaxşısı, əvvəlcə qohum-əqrəba arasında ehtiyacı olanlara verməkdir. Əgər qohumlar arasında belə biri yoxdursa, onda qonşular və ətrafdakılar arasında axtarılmalıdır”.
Hacı Fuad qeyd edib ki, fitrə-zəkat bayram namazına qədər verilməlidir:
"Fitrə zəkatı bayram axşamı çıxarılır. Lakin onun bayram günü, bayram namazına qədər verilməsi daha doğrudur. Ramazanın fitrə-zəkat fəlsəfəsi ondan ibarətdir ki, hamımız bayram sevincini paylaşırıq və bir-birimizə diqqət göstəririk. Fitrə zəkatını çıxarmaq vacibdir. Oruc tutan və tutmayan hər bir kəs ailə üzvlərinin sayına uyğun məbləği hesablayıb fitrə zəkatını verməlidir. İmkanı olmayanlar isə dua etsin və Allahdan bağışlanmaq diləsin. Allah duaları eşidəndir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Putinə borcludur və bu, təhlükəlidir - Bolton
14:49 21.10.2026
Dünya
Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?
14:38 21.10.2026
Sağlamlıq
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
11:45 21.10.2026
Elm və Təhsil
Ermənistanda müxalifətə qarşı əməliyyat: 14 nəfər saxlanıldı
11:35 21.10.2026
Dünya