Füzulidə beynəlxalq aeroport ! - “Şuşa və Kəlbəcərə gediş-gəliş...”
Fidan Həmişəyeva
15:08 05.01.2021
Cəmiyyət
668
“Bu hava limanının bəpası yol infrasturukturun inkişafı üçün çox önəmlidir”
“İşğaldan azad edilən ərazilərimiz beynəlxalq turizm mərkəzinə çevrilir”
“Həmin ərazilərə müxtəlif ölkələrdən çoxsaylı turistlər cəlb ediləcək”
Bu gün Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Ölkə başçısı qeyd edib ki, Füzulidə beynəlxalq aeroport tikiləcək:
“Artıq göstəriş verildi. İndi yerlər seçilir. Minalardan təmizləmə işləri aparılacaq. Mən göstəriş vermişəm, bu il Füzulidə beynəlxalq hava limanı yaradılmalıdır, hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir”.
Dövlət başçısı qeyd edib ki, oradan Şuşaya məsafə də yaxındır:
“Çünki vaxtilə sovet dövründə Şuşaya ya gərək Xankəndidən gedəydin, ya da ki, Laçın dəhlizi ilə. İndi isə biz yeni yol açırıq. Əlbəttə, o yollar da var və bizim vətəndaşlar, bu gün orada təmir-bərpa işlərini aparanlar bu yollardan istifadə edirlər - Ağdam-Xankəndi-Şuşa yolu və Laçın dəhlizi. Yəni bu yollar bizim üçün açıqdır. Biz nə vaxt istəsək oraya getməliyik, gəlməliyik və elə də olacaq. Ancaq Füzuli beynəlxalq aeroportunun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi üçün imkanlar yaradacaq. Çünki oraya gəlib ondan sonra qısa müddət ərzində Şuşaya getmək mümkün olacaq”.
Ehtiyatda olan polkovnik Şair Ramaldanovun “Sherg.az”a açıqlamasına görə, cənab Prezident işğaldan azad edilən ərazilərimizin yol infrasturukturunun yaxşılaşdırılması istiqamətində mühüm işlər görür və tapşırıqlar verir:
“Əvvəllər Avropa ölkələrindəki yollarla bağlı fikir bildirirdik. İndi ölkəmizə gələn turistlər Azərbaycanın yol infrasturukturunun rahatlığı barədə danışır. Hazırda Qarabağ istiqamətindəki yollar bərpa olunur. Füzulidə hava limanının bəpası yol infrasturukturun inkişafı üçün çox önəmlidir. İşğaldan azad edilən ərazilərimiz beynəlxalq turizm mərkəzinə çevrilir. Həmin ərazilərə müxtəlif ölkələrdən çoxsaylı turistlər cəlb ediləcək”.
Ş.Ramaldanov qeyd edib ki, Füzulidə hava limanı tikilib istifadəyə verildikdən sonra Şuşaya, Kələcəbər və digər ərazilərə gediş-gəliş imkanları genişlənəcək:
“Bütün bu ərazilər çox gözəl təbiəti ilə seçilir. Cənab Prezident ölkəmizin inkişafı ilə bağlı prioritet istiqamətləri əvvəlcədən müəyyən edir. Bəlkə də, Füzulidə hava limanının qısa zamanda tikilməsi çoxları üçün gözlənilmə idi. Lakin bu amil gələcəkdə ölkəmiz üçün çox əhəmiyyətlidir. Düşünürəm ki, hava limanının tikilməsi Füzulinin inkişafına da təkan verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi