Füzulilər işğal dövrü yandırılmış və dağıdılmış evlərinin təmir olunmasını xahiş edirlər - Millət vəkili
Şəymən Bayramova
13:15 09.04.2020
Cəmiyyət
926
Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda Nazirlər Kabinetinin 2019-cu ildəki fəaliyyəti müzakirə olunub. Karantin qaydalarını nəzərə alan bir neçə Komitə sədri komitə üzvlərinin adından çıxış ediblər. Bəzi komitə üzvləri isə öz çıxışlarını yazılı şəkildə təqdim ediblər.
Milli Məclisin İqtisadi siyasət, sənaye və ssahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov təqdim etdiyi çıxışında fiskal və maliyyə məsələləri ilə yanaşı təmsil olunduğu rayon üzrə də tövsiyyələrə yer ayırıb. Qlobal pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirlərinin olmasına baxmayaraq 2019-cu ilim Azərbaycan üçün iqtisadi və sosial baxımdan yadda qalan olduğunu vurğulayan millət vəkili öz tövsiyələrini də təqdim edib: “Bank sektoru üzrə tövsiyyələrimdən biri əmanətlərin sığortlanması mexaninzminin təkmilləşdirilməsi ilə bağlıdır. Belə ki, 2019-cu ildə əhalinin 8.7 milyard manatlıq bank əmanətinin 84.0 faizi Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanıb. Bu müsbət hal olsa da belə, əhalinin banklardakı 1 milyard 392 milyon manatlıq əmanəti sığortalanmır və həmin pullar qorunmur. Bu baxımdan, əmanətlərin sığortalanması mexanizminin təkmillləşdirilməsi və bankların bu istiqamətdə məsuliyyət və öhdəliyinin artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədə uyğun olardı. Bank aktivlərin sığortalanması daxil olmaqla yeni mexanizmin hazırlanması və bankların cəlb etdiyi əmanətlər ilə bağlı öhdəliklərinin gücləndirilməsi tövsiyyə olunur.
Təmsil etdiyim Füzuli rayonunda, işğaldan azad olunmuş və təmas xəttinə yaxın məsafədə yerləşən şəhər və kəndlərdə vətəndaşlara məxsus xeyli fərdi yaşayış evi bu günə kimi təmir-bərpa olunmayıb. Bunlar Horadiz şəhərində 39, Qazaxlar kəndində 35, Əhmədallar kəndində 111, Şükürbəyli kəndində 42, Alxanlı kəndində 123, Kürdmahmudlu kəndində 74 və Mollaməhərrəmli kəndində 3, cəmi 427 fərdi yaşayış evdir . Həmin evlərin sahibləri 27 ildir Qaçqınların və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına o cümlədən rayon İcra Hakimiyyətinə çoxsaylı müraciətlər edərək işğal dövrü yandırılmış və dağıdılmış evlərinin təmir-bərpa olunmasını xahiş edirlər. Bütün bunları nəzərə alaraq cənab baş nazırdən Horadiz şəhərində, Qazaxlar kəndində, Əhmədallar kəndində, Şükürbəyli kəndində, Alxanlı kəndində, Kürdmahmudlu kəndində və Mollaməhərrəmli kəndlərində işğal dövrü yandırılmlş və dağıdılmış,bu günə kimi təmir-bərpa olunmamış 427 fərdi yaşayış evinin və Aşağı Yağlıvənd kəndində və Əhmədallar kəndində hər biri 80 yerlik körpələr evi uşaq baxçasını tikilməsi ücün aidiyyatı köməklik göstərməsini xahiş etdim”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat