Gec-tez polietilen torbalar sıradan çıxacaq
Məlahət Rzayeva
08:35 18.02.2021
Cəmiyyət
655
Amma məişət tullantılarını atmaq məsələsində problem yaranacaq
Poilietilen torbalar istifadədən çıxacaq. Dərhal deyil, yavaş-yavaş. Baş nazir Əli Əsədov buna uyğun qərar imzalayıb. Qərar bundan ibarətdir ki, ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istehlakçılar (alıcılar) tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngül çəkili polietilen torbalar istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim edilməlidir.
Baş nazirin yeni qərarı “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edilməsi haqqındadır. Qərara əsasən, bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya (alıcıya) əvvəlcədən məlumat verilməlidir.
Amma bu məsələdə təəccübə səbəb olan məqam var. Xatırladaq ki, ölkə Prezidentinin 2019-cu il 7 fevral tarixli “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən Milli Məclisdə ötən il “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik qəbul edilmişdi.
Layihədə qeyd edilirdi ki, qalınlığı az olan plastik torbalar çürüməyə qarşı davamlı olduğu üçün təbiətin çirklənməsində daha böyük rol oynayır. Sənədə təklif olunan dəyişiklikdə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilirdi. Qanun layihəsinin polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi təklif olunurdu.
İndi isə polietilen torbaların istehlakçılara – alıcılara satılması qərara alınıb. Bildirilir ki, polietilen torbalar satıldıqda onlara tələbat 50-60 faz azalır. Yəni, alıcı polietilen torbalara pul xərcləmək istəmir. Amma onlarsız da asan olmayacaq kimi görünür. Məlum məsələdir; polietilen torbalar ekologiyanı məhv edir. Ancaq problem bundadır ki, bazarlıq, alış-veriş edən insanların aldıqlarını necə, nə ilə paketləyəcəkləri də bilinmir. Bəzi super-marketlərdə ekoloji təmiz paketlər də təklif edilir, amma konkret məbləğə.
Məsələn, 1 manata. Alıcılar 1 manat ödəyib ekoloji təmiz paket almağa da könüllü görünmürlər.
O zaman problem necə çözüləcək? Üstəlik, əhali məişət tullantılarını da polietilen paketlərə doldurub atır. Bu paketlər istifadədən çıxacaqsa, məişət tullantıları necə atılacaq?
“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzi İdarə Heyətinin sədri, sosioloq Elçin Bayramlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, bu, çox ziddiyyətli problemdir, tam həlli demək olar, mümkün deyil:
- Çünki həyat tərzimizi buna uyğunlaşdırmışıq. Çıxış yolu bu paketləri müştərilərə pulla satmaq deyil, onların əvəzləyicilərini dövriyyəyə buraxmaqdır. Keçmişdə olduğu kimi, kağız, karton, parça paketlərdən istifadəyə keçmək lazımdır. Lakin zibil məsələsində problem yaranacaq. Yaxşı olar ki, bio-paketlər istehsal olunsun.
İstehsalçılara ilkin mərhələdə müəyyən güzəştlər də tətbiq edilə bilər, qarşıya qoyulan məqsədə daha tez nail olmaq üçün. Polietilen və pastik paket və qablar tam yığışdırılmalıdır, bu insan sağlamlığı və təbiət üçün terror vasitəsidir. Yəni bu kampaniya əhalidən əlavə pul qoparmaq üçün yox, sağlamlıq və ekoloji mühit üçün həyata keçirilməlidir. Təbii paket və qablar istehsal edən müəssisələr açılmalı, vergidən azad edilməlidir ki ucuz məhsul buraxa bilsinlər.
Bundan başqa, şüşə qəbulu məntəqələri bərpa edilməlidir. Hər şüşə üçün 10 qəpik təklif edilməlidir. Plastik qablar tam qadağan olunmalıdır, onlar xərçəng xəstəliyi yaradır.
Tənbəllik lazım deyil. Mağazaya gedəndə hərə özü ilə kağız və ya parça paketlər götürə bilər. O vaxt bərk “setka”lar vardı, azı 15 20 kq yük götürürdü onlardan istehsal etmək olar. Yəni variantlar çoxdur. Bunları gec də olsa tətbiq etməliyik. Əks halda ekologiyamız və sağlamlığımız məhv olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur
Uşaq evlərinin sakinləri ahıllar evini ziyarət etdi
12:46 17.03.2026
Cəmiyyət
İsrail ordusunun hədəflərindən biri Əli Laricani də olub
12:33 17.03.2026
Gündəm
Sabah Azərbaycanda 17 dərəcə isti olacaq
12:25 17.03.2026
Gündəm
Bakıda daha bir dünya çempionatı keçiriləcək
11:58 17.03.2026
İdman