Gedib doğmalarını görə biləcəklər
Məlahət Rzayeva
10:58 16.01.2020
Cəmiyyət
1395
80 nəfər əcnəbi qaçqına Azərbaycanda yol sənədi verilib
Dövlət Miqrasiya Xidmətində 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında DMX rəisi Vüsal Hüseynov bildirib ki, Azərbaycanda qaçqın statusu əsasında yaşayan əcnəbilərə yol sənədinin, pasportların verilməsinə hazırlıq prosesi də tam yekunlaşdırılıb: "Yol sənədi və onun nümunəsi artıq hazırdır. Yanvarın 23-də ölkəmizdə qaçqın statusu əsasında yaşayan əcnəbilərə pasportların verilməsi təmin ediləcək".
V. Hüseynov deyib ki, ölkəmizdə bu statusda yaşayan əcnəbilər yol sənədi əsasında digər ölkələrə də səfər edə biləcəklər.
Onlar iki ölkə arasında işgüzar əlaqələr yarada, ticarətlə məşğul ola, turizm sahəsində çalışa biləcəklər
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov “Şərq”ə açıqlamasında ölkəmizdə qaçqın statusu əsasında yaşayan əcnəbilərə veriləcək sənədin faktiki olaraq şəxsiyyəti təsdiq edən sənəd olduğunu dedi:
- Bu, bizim xarici pasport adlandırdığımız sənədə adekvatdır. Belə sənəd bütün əcnəbilərə verilmir. O şəxslərə verilir ki, onlar qaçqın statusu almaq üçün müraciət ediblər, onların müraciətlərinə baxılıb, araşdırılıb və onlar qaçqın kimi tanınıblar.
Hazırda təqribən 80-ə yaxın belə əcnəbi var ki, qaçqın kimi tanınıblar və ölkəmizdə yaşayırlar. Bu rəqəm kiçik görünə bilər, amma nəzərə almalıyıq ki, qaçqın statusunun verilməsi sadə məsələ deyil. Bunun üçün, tutarlı əsaslar olmalıdır. Məsələn, Almaniya hökuməti qaçqın statusu ilə bağlı müraciətlərin 100-də 8-nə müsbət cavab verir. Müraciətlərin 92 faizinə imtina qərarı verilir.
Şəxsə qaçqın statusu verilməsi üçün ölkəsində təqiblərə, təzyiqlərə məruz qaldığı sübut edilməlidir. Yəni, iqtisadi çətinliklər, “ölkəmdə aclıqdır, qıtlıqdır deyə, mənə başqa ölkəni seçirəm” kimi səbəblərlə qaçqın statusu almaq mümkün deyil. Dövlət Miqrasiya Xidməti də qaçqın statusu alınması üçün edilmiş müraciətləri ciddi araşdırır, bundan sonra qərar verir. Hazırda ölkəmizdə qaçqın statusu ilə yaşayan 80-ə yaxın şəxsə yol sənədinin, pasportların verilməsi onlara əlavə imkanlar yaradacaq.
Bu insanların yaxınları, qohumları xarici ölkələrdə yaşayır. Müvafiq sənəd almaqla bu şəxslər getmək istədikləri xarici ölkələrə artıq sərbəst şəkildə səfər edə biləcəklər. Bu, ölkələr arasında əlaqələrin genişlənməsinə yardımçı ola bilər.
Onlar iki ölkə arasında işgüzar əlaqələr yarada, ticarətlə məşğul ola, turizm sahəsində çalışa biləcəklər. Bundan başqa, Azərbaycanda məskunlaşmış çeçenlər, əfqanlar da var ki, sayları 1500-1600 nəfərdir. Onlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən sığınacaq axtaran şəxslər kimi qeydiyyata alınıblar və onların ölkəyə girişi və çıxışı sərbəstdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya