Gələn il doğulan uşaqların sayında azalma olacaq ? – Həkimdən izah
Fidan Həmişəyeva
15:46 22.06.2020
Cəmiyyət
881
“Azalma olsa da, bu 2021-ci ilin yayına yox, qışına və yaz ayına təsadüf edə bilər”
Dünyada, o cümlədən ölkəmizdə koronavirusa yoluxanların sayı artmaq üzrədir. Bu çətin və təhlükəli dövrdə cəmiyyətimizdə maraqlı bir rəy formalaşıb. Bəzi yanaşmalara görə, gələn ilin bu zamanı ölkəmizdə dünyaya göz açan körpələrin sayında azalmalar müşahidə oluna bilər.
Toplumun belə yanaşmasına əsas səbəb koronavirus pandemiyası ilə əlaqədardır. Təəsüf ki, ölkəmizdə də virusa yoluxan hamilə qadınlar var. Bu baxımdan dünyaya uşaq gətirmək istəyən xanımların bu işi planlı şəkildə həyata keçirəcəyini iddia edənlər olur.
Cərrah, mama-ginekoloq Fəxranə Hüseynzadə “Sherg.az”a açıqlamasında gələn ilin bu zamanı dünyaya gələn körpələrin sayında azalma olacağını düşünmür. Həkimin sözlərinə görə, hələ ki, hamilə qalan xanımlar çoxdur:
“Amma elə xanımlar da var ki, hamiləliklərini planlayırlar. Bir müddət koronavirusun bitməsini gözləyirlər. Məhz gələn ilin yayında doğulan uşaqların sayında ciddi azalmaların olacağını ehtimal etmirəm.
Azalma olsa da, bu 2021-ci ilin yayına yox, qışına və yaz ayına təsadüf edə bilər. Bu məqamda dəqiq fikir söyləmək də olmur, bunları gələcək göstərəcək. Amma pasiyentlərim var ki, uşaq düşünürdülər, lakin virusla əlaqədar planlı hərəkət edirlər. Buna baxmayaraq karantin rejimində hamilə qalıb uşaq dünyaya gətirmək istəyənlər də çoxdur.
Heç kəs bilmir, pandemiyanın sonu necə olacaq. Təəssüf ki, insanların bəzisi virusa inanmırlar. Baxmayaraq ki, vəziyyət pisdir, xəstəxanalar doludur. Amma pandemiyanı ciddi qəbul etməyənlər var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya