“Gənc nəsil vətənpərvərlik ruhunda böyüyür" - Çoxşaxəli siyasətin nəticəsi !
Turan
10:55 12.09.2020
Cəmiyyət
647
"Şəhərin küçələrində, avtomobillərdə şəhid general-mayor Polad Həşimovun, milli qəhrəman Mübariz İbrahimovun və digər şəhidlərin fotoları sərgilənir".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, bu normal haldır və burada qanuna zidd hərəkət yoxdur:
"Vətəndaşlarımız, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımıza vəfa borclarını verməyə çalışırlar. Gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün dövlət tərəfindən çoxşaxəli siyasət həyata keçirilir. Ölkə ərazisində bütün məktəblərdə, orta ixtisas, ali təhsil müəssisələrində şəhidlərə həsr olunmuş guşələr yaradılıb. Xüsusi dövlət mükafatları almış şəhidlərin adları əbədiləşdirilib, büstləri, heykəlləri qoyulub, muzeylərdə xüsusi stendlər yaradılıb. Onların döyüş fəaliyyətləri barədə çoxsaylı kitablar, broşürlər buraxılıb. Veteran təşkilatları, digər ictimai qurumlar tərəfindən müxtəlif kollektivlərlə görüşlərdə şəhidlərlə, qazilərlə bağlı çıxışlar edilir. İyul hadisələrində ölkəmizdə və bir çox xarici ölkələrdə gənclərimizin keçirdikləri milli həmrəylik aksiyaları dediklərimin sübutudur".
Parlament üzvü vurğulayıb ki, son vaxtlar telekanallar, KİV-lər, sosial şəbəkələr vasitəsilə də vətənpərvərlik mövzusunda verilişlərin sayı artıb:
"Bu sahədə kifayət qədər uğurlu siyasət aparılır. Ancaq hər şey qədərində olanda gözəl olur. İfratçılığa varmaq düzgün deyil. Qarabağ uğrunda döyüşlərdə 20 000-dən yuxarı insanımız şəhid olub. Onların hamısının şəkillərini parklara, meydanlara, hava limanlarına, əhalinin sıxlıq təşkil edən yerlərə vurmaq və daim vaxtlı-vaxtında dəyişmək fiziki cəhətdən mümkün görünmür. Ayrı-seçkilik etmək doğru olmaz. Nəzərə almaq lazımdır ki, müharibə hələ qurtarmayıb və istənilən an başlaya bilər. Ona görə də düşünmürəm ki, şəhid portretlərinin hər yerə yapışdırılması məqsədə uyğundur. Hər bir iş qanunlara əsaslanmalıdır. Şəhidlərin adının əbədiləşdirilməsi, Nazirlər kabinetinin müvafiq qərarı ilə tənzimlənir. Şəhidlərin ruhunu şad etməyin ən gözəl yolu, onların uğrunda həlak olduğu ideyaları doğrultmaqdan ibarətdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol