Gəncədə erməni terroru baş verib
07:47 13.10.2020
Cəmiyyət
829
Bu hadisə Amerikada baş vermiş terror aktından heç də geri qalmır
"Ermənistan və onun havadarlarının xahişi ilə Azərbaycan rəhbərliyi beynəlxalq humanitar hüququn prinsiplərindən irəli gələrək döyüş zonasında qalmış meyitlərin və mülki vətəndaşların təhlükəsiz çıxarılması məqsədilə oktyabrın 9-u tarixində Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə iştirakı ilə keçirilmiş görüşdə humanitar xarakterli atəşkəsə razılıq verdi. Bu addımı ilə Azərbaycan bir daha problemin müharibə yolu ilə deyil, məhz sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə sadiqliyini bir daha bəyan etdi. Həmçinin Azərbaycan ordusu da müharibədə çox sürətlə irəliləməsinə, peşəkarcasına düşməni məğlub etməsinə, işğal edilmiş torpaqları ard-arda azad etməsinə baxmayaraq, özünün humanist davranışını da bir daha dünyaya göstərdi".
Bu sözləri "Şərq"ə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynov deyib. O bildirib ki, humanitar atəşkəs razılığından sui-istifadə edərək, Ermənistan ordusu və erməni terrorçu qruplaşmaları oktyabrın 10-dan etibarən yenidən Azərbaycanın əsasən mülki obyektlərini, dinc sakinlərinin yaşadığı yaşayış məntəqələrini ağır artilleriyadan, uzaq mənzilli raketlərdən atəşə tutdu:
"Bu əməlləri ilə ermənilər bir daha azərbaycanlılara qarşı soyqırım, terror aktı həyata keçirməyə çalışdılar. Xüsusilə də, döyüş zonasından uzaqda yerləşən Gəncə şəhərinə, əsasən də dinc əhalinin yaşadığı yaşayış binalarına oktyabrın 11-də, gecə saat 2 də raket zərbələri endirdi. Çoxlu insanın ölümünə və yaralanmasına səbəb olan bu hadisə erməni terrorunun bariz nümunəsidir. Bu hadisə 11 sentyabr 2001-ci ildə Amerikada baş vermiş terror aktından heç də geri qalmır.
Humanitar atəşkəsi kobud formada pozmaqla Ermənistan bir daha özünün terrorçu mahiyyətindən, məkirli, riyakar niyyətindən dönmədiyini, beynəlxalq humanitar hüququn prinsiplərinə riayət etmədiyini açıq-aşkar şəkildə göstərdi. Habelə havadarlarına arxalanmaqla, vaxt qazanaraq qeyri-qanuni yolla, mülki təyyarələrlə silahlanmasını həyata keçirməyə çalışır. Bu, əsl erməni xislətinin, insanlığa və bəşəriyyətə qarşı terrorunun bariz nümunəsidir".
Ekspert diqqətə çatdırıb ki, çox təəssüf ki, dünya ictimaiyyəti bu vəziyyətə laqeyd qalır və biganəlik göstərir: "Amma istər ermənilər, istərsə də onları himayə edənlər bilməlidir ki, Azərbaycan xalqının iradəsini bu cür terror aktları ilə qırmaq olmaz. Azərbaycan xalqı özünün haqq yolundakı mübarizəsini daha əzmlə davam etdirəcək bir gücə malikdir.
Habelə, Ermənistanın ona verilmiş bu son şansı düzgün dəyərləndirə bilməməsi və yenidən müharibəyə can atması onu deməyə əsas verir ki, Azərbaycanın işğal edilmiş torpaqlarını yalnız müharibə yolu ilə geri qaytarmasından başqa bir yolu qalmır. Düşünürəm ki, bu, tarixi bir şansdır.
Azərbaycan bu şansdan düzgün istifadə etməklə özünün işğal edilmiş torpaqlarını ən son qarışına kimi qaytarmaq və qələbəni təmin etmə haqqına malikdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çempionlar Liqasının finalı almaniyalı hakimə tapşırıldı
19:45 11.05.2026
Futbol
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya