“Gənclərimiz hər zaman öz vətənpərvəlikləri ilə seçiliblər”
Fidan Həmişəyeva
13:22 25.09.2020
Cəmiyyət
692
Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin güvən mənbəyidir. Hazırda ordumuz dünyanın ən güclü orduları sırasındadır. Lakin güclü və qüdrətli ordunun mövcud olmasının əsas səbəblərindən biri vətənpərvərliyi ilə seçilən xalqdır. Azərbaycan xalqı hər zaman igid oğulları ilə seçilib. Məlumdur ki, son günlər sərhəddə gərginlik şiddətlənib. Hər zaman olduğu kimi düşmən yenə də xain əməllərindən əl çəkmir. Amma bütün bunlar nə ordumuzu, nə xalqımızı qorxudur. Hərbi vətənpərvərliyi ilə seçilən xalqımız torpaqlarımızın azad edilməsi uğrunda hər cür çətinliyə hazırdır. Bunu şəhidlərimizin dəfn mərasimlərindən, könüllü orduya yazılan gənclərimizin varlığından görürük.
Xalqımızın hər zaman vətənpərvər olduğunu deyən ehtiyatda olan əsgər Adil Məmmədov “Sherg.az”a bildirib ki, torpaqlarımızın azad olunması yolunda canından keçməyə hazır olan igid oğullarımız çoxdur:
“Bu gün gənclərimizin könüllü olaraq orduya yazıldığının şahidi oluruq. Onlar öz istəkləri ilə müharibəyə getmək, torpaqlarımızı düşmən tapdağından azad edib, vətənimizin keşiyini çəkmək istəyirlər.
Hər zaman Ali Baş Komandanımızın əmrini gözləyirik. Torpaqlarımızın azad edilməsi üçün hər şeyə hazırıq. 2-ci qrup əlil olmağıma baxmayaraq cənab Prezidentimizin döyüş əmrini səbrsizliklə gözləyirəm. Güclü ordumuz var.
Bunu hər kəs, bütün dünya bilir. Bilirəm ki, gənclərimiz müharibəyə hazırdır.
Bu, çox sevindirici və fərəhli bir hissdir. Xalqımızla fəxr edirik. Çünki Azərbaycan xalqı, igid oğulları hər zaman öz vətənpərvəlikləri ilə seçiliblər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat