“Gənclərimizin vətənpərvərliyini yüksək qiymətləndiririk”
10:41 16.07.2020
Cəmiyyət
674
“Azərbaycan gəncləri dövlətin yanındadır, onlar cəbhəyə getməyə hazırdırlar”.
APA-nın məlumatına görə, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib ki, sərhəd boyu təlim keçmiş hərbçilər xidmət göstərir:
“Şəxsi heyətin komplektləşdirilməsi problemi Ermənistan ordusundadır. Bu da Ermənistanda olan demoqrafik problemlər, orduya inamsızlıqla bağlıdır.
Ona görə də hətta təmas xəttində belə muzdlulardan istifadə edilir. Azərbaycanda belə demoqrafik problem yoxdur, ordunun şəxsi heyəti tam komplektləşdirilib”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ali Baş Komandan bildirib ki, kim yenidən orduda xidmət etmək istəyirsə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçə bilər:
“Gənclərimizin vətənpərvərliyini, coşqusunu yüksək qiymətləndiririk. Azərbaycanın ehtiyatda olan hərbçiləri də var. Zərurət olacağı təqdirdə, onlar da öz yaşadıqları ünvanlar üzrə qeydiyyata alınacaq. Burada hərbi təlim, ibtidai hərbi bacarıqlara malik olmaq əsas şərtdir. Gənclərimizin coşqusu yüksək qiymətləndirilir.
Ali Baş Komandan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qarşısında vəziyə qoyub. Zərurət olduğu təqdirdə həmin gənclər lazımı istiqamətə yönəldiləcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payızda bu 2 qida mütləq yeyilməlidir
07:17 16.11.2026
Sağlamlıq
ABŞ-ın daha bir aviadaşıyıcısı Yaxın Şərqə gəlir
06:42 16.11.2026
Aktual
Serial eşqi gerçək oldu
03:33 16.11.2026
Şou
Qanınızı qatılaşdıran 2 əsas səbəb
02:56 16.11.2026
Sağlamlıq
Hörmüz boğazında tanker minaya düşüb
01:59 16.11.2026
Son dəqiqə
Saakaşvili milli komandanı dəstəkləməyəcək - Səbəb
01:40 16.11.2026
Aktual
İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabı praktik deyil
00:37 16.11.2026
Region
KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
00:16 16.11.2026
Aktual
Çexiyada son 40 ilin ən böyük etirazı...
23:33 15.11.2026
Dünya
Xırdalanda güclü külək 7 avtomobilə ziyan vurub
23:15 15.11.2026
Hadisə
Husilər Ər-Riyadda hava limanını hədəfə aldıqlarını açıqlayıblar
22:56 15.11.2026
Gündəm
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region