Bütün bunlar onu göstərir ki, Azərbaycan ordusunun generalları qaynar ocaqlara getməkdən, əsgərlərin arxasında deyil, önlərində dayanmaqdan heç zaman çəkinməyiblər. Çünki bizim generallarımız kabinet zabitləri deyil. Yüksək çinli zabitlərimizin vətən uğrunda gedən savaşda həyatlarını qurban verməsi əhalidə düşmənə qarşı nifrət yaratmaqla bərabər, həm də hər kəsdə döyüş ruhunu yüksəldir. Məhz bu səbəbdən insanlarımız aktiv döyüşlərin baş verdiyi nöqtələrə qədər gedərək hərbiçilərimizə dəstək nümayiş etdirirlər.
Generaldan əsgərə qədər...
Turan
07:45 16.07.2020
Cəmiyyət
772
Hamı torpaqlarını işğaldan azad etməyə hazırdır
"Generallarımız, polkovniklərimiz cəsur hərəkətləri ilə aşağı rütbəli zabitlərə nümunə göstəriblər"
Azərbaycan ordusunun generalı da, əsgəri də eyni səngərdə çiyin-çiyinə döyüşməkdədir. İyulun 14-də ermənilərin sərhəddə törətdikləri təxribat zamanı şəhidlik zirvəsinə ucalan general-mayor Polad Həşimov bu reallığı əyani şəkildə bir daha təsdiqlədi. Şəhid generalımız 2016-cı ilin aprel döyüşlərində də əsgərlərlə bir səngərdə olub, digər zabitlərimiz kimi böyük şücaətlər göstərib.
Bütün bunlar onu göstərir ki, Azərbaycan ordusunun generalları qaynar ocaqlara getməkdən, əsgərlərin arxasında deyil, önlərində dayanmaqdan heç zaman çəkinməyiblər. Çünki bizim generallarımız kabinet zabitləri deyil. Yüksək çinli zabitlərimizin vətən uğrunda gedən savaşda həyatlarını qurban verməsi əhalidə düşmənə qarşı nifrət yaratmaqla bərabər, həm də hər kəsdə döyüş ruhunu yüksəldir. Məhz bu səbəbdən insanlarımız aktiv döyüşlərin baş verdiyi nöqtələrə qədər gedərək hərbiçilərimizə dəstək nümayiş etdirirlər.
Azərbaycan Ordusunun zabitlərinin qəhrəmanlığı ilə bağlı “Şərq”ə danışan polkovnik, Əfqanıstan və Qarabağ müharibəsi veteranı Cəlil Xəlilov deyib ki, yüksək rütbəli hərbiçilərimiz erməni generalları kimi əsgərlərin arxasında gizlənmirlər. Polkovnikin sözlərinə görə, Qarabağ müharibəsi başlayandan bugünədək ordumuzun zabitləri hər zaman ön sırada, cəbhə bölgəsində olublar:
“Generallarımız, polkovniklərimiz cəsur hərəkətləri ilə aşağı rütbəli zabitlərə nümunə göstəriblər. Düşmənin təxribatlarını dəf edərkən generalımızın, yüksək çinli zabitlərimizin şəhid olması ordumuzda hansısa ruh düşkünlüyü yaratmır. Əksinə, sıravi əsgərdən tutmuş generala qədər bütün hərbi heyətin döyüş əzmini daha da artırır.
Silahlı Qüvvələrimiz mənəvi, psixoloji cəhətdən tam hazırdır ki, işğal olunmuş torpaqlarımızı qısa müddətdə düşməndən azad etsinlər. Azərbaycan Ordusu şəhidlərimizin qisasını artıqlaması ilə alıb. Heç bir şəhidin qanı yerdə qalmayıb və qalmayacaq. Ermənilərin itkiləri o qədərdir ki, elan etməyə utanırlar, real rəqəmləri cəmiyyətdən gizlədirlər”.
C.Xəlilov vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri çox güclüdür, böyük texniki imkanlara, kadr potensialına malikdir:
“Əsgərlərimiz arasında döyüş ruhu çox yüksəkdir. Biz ordumuzun gücünə və Ali Baş Komandana inanırıq. Dövlət başçısı Təhlükəsizlik Şurasının iclasında işğalçı Ermənistana, dünya ölkələrinə, qonşu dövlətlərə xüsusi mesajlar verdi.
Vurğuladı ki, Azərbaycan tərəfi heç vaxt torpaqlarının işğal altında olması ilə barışmayacaq. Ona görə də bütün dedi-qodular, konfliktlər kənara qoyulmalıdır. Hamımız birləşməli, həmrəylik nümayiş etdirməliyik. Veteranlar olaraq ermənilərlə döyüşə hazırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio İsrailin ABŞ-İran razılaşmasını pozmağa çalışdığını düşünmür
22:36 24.06.2026
Dünya
Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı
22:20 24.06.2026
Dünya
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib
21:46 24.06.2026
Gündəm
ABŞ bizdən bunu tələb etməyib - Katz
21:29 24.06.2026
Dünya
Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
21:02 24.06.2026
Dünya
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya
Gəncə Birləşmiş Xəstəxananın direktoru vəzifəsindən azad edilib
18:31 24.06.2026
Cəmiyyət
Bakı onu Qırğızıstana təhvil verdi
18:04 24.06.2026
Hadisə