Girovlarımız Şuşadan çıxarılıb
Turan
06:39 06.11.2020
Cəmiyyət
562
Düşmən sona qədər erməniliyindən əl çəkmir
"Yaxşı olardı ki, girovlarımızı Şuşada qoyub qaçardılar, əsgərlərimiz onları xilas edərdi"
6 ildir erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev Şuşa həbsxanasından Ermənistana aparılıb. Bu barədə Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. O bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi atasının və Şahbaz Quliyevin “təhlükəsizlik” məqsədi ilə Ermənistana aparıldığını deyib. Ancaq Ermənistanın konkret hansı ərazisinə aparılmaları haqda açıqlama verilməyib. Sadəcə bildirilib ki, girovların bundan sonrakı durumları ilə bağlı ailələrini xəbərdar edəcəklər.
K.Əsgərovun sözlərinə görə, axırıncı dəfə Beynəlxalq Qırmızı Xaç Komitəsi girovlara sentyabr ayında baş çəkib: “Həmin vaxt atam bizə məktub da göndərmişdi. Məktubda atam bildirmişdi ki, hər şey normaldır. Ondan sonra xəbər yoxdur”. Məlumat üçün bildirək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən erməni əsgərləri tərəfindən girov götürülüb. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. 6 ildir ki, girovlar Şuşa həbsxanasında saxlanılırdı.
Dilqəm və Şahbazın aqibəti ilə bağlı “Şərq”ə danışan Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı bildirib ki, ermənilər girovlarımız üzərindən 6 ildir oyun oynadılar, hadisəni siyasi möhtəkirlik predmetinə çevirdilər. QAT sədri deyib ki, dövlət tərəfindən dəfələrlə beynəlxalq qurumlara müraciətlər edilməsinə, qarşılıqlı müzakirələrə, hətta məsələyə din xadimlərinin qarışmasına baxmayaraq, işğalçı ölkə humanist addım atmayıb:
“Ermənistan tərəfi əsir və girovlardan öz çirkin məqsədləri üçün istifadə edib. Hazırda ermənilər cəbhədə ağır məğlubiyyət yaşayır və sürətli şəkildə işğalda saxladıqları ərazilərimizdən geri çəkilirlər.
Yaxşı olardı ki, ermənilər girovlarımızı Şuşada qoyub qaçardılar, əsgərlərimiz onları xilas edərdi.
Amma düşmən sona qədər erməniliyindən əl çəkmir. Girovlarımızı Ermənistana aparan Yerevan hökuməti açıq şəkildə etiraf edir ki, Dilqəm və Şahbazı girov edən, onlar üzərində “məhkəmə” şousu quran məhz Ermənistandır.
Halbuki, hər zaman deyirdilər ki, guya Yerevan qondarma “hökumət” adından danışa bilməz. Bundan sonra əsir və girovların dəyişdirilməsi ilə bağlı danışıqlarda Yerevan yaxasını məsuliyyətdən kənara çəkə bilməyəcək.
Ancaq məsələ ondadır ki, girovlarımızın Ermənistana aparılması heç də onların təhlükəsizliyi, yaxud Azərbaycana qaytarılması məqsədi ilə edilməyib. Çox güman ki, düşmən yenə də girovlarımızdan danışıqlar prosesində siyasi ambisiyaları üçün istifadə etməyə çalışacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm
Xocavənddə açıq ərazidə yanğın başlayıb
15:58 14.08.2026
Hadisə