Günah sayılmaz
22:33 09.02.2021
Cəmiyyət
477
Bu il Həcc ziyarəti mümkün görünmür
Pandemiya sağlamlığımıza təhlükə törətdiyi üçün heç kimin bu ziyarəti etməyə qüdrət və imkanı yoxdur
Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından heç bir rəsmi məktub gəlməyib. Eyni zamanda builki Həcc müqaviləsi də imzalanmayıb. Çoxsaylı müraciətlərə baxmayaraq, bu səbəbdən sənəd qəbulu başlamayıb. Bütün bunlar Həcc ziyarətinin bu il də baş tutmayacağına ehtimal yaradır. Ümumilikdə Səudiyyə Ərəbistanı daxilində ziyarət ola bilər. Amma Azərbaycandan Həcc ziyarətinə səfərin olmayacağı güman edilir.
Məsələ ilə bağlı "Şərq"ə açıqlama verən ilahiyyatçı Hacı Atif İsmayılov qeyd edib ki, hazırda hökm sürən pandemiya səbəbindən bu ziyarəti həyata keçirmək üçün insanların heç bir imkanı yoxdur:
"Qurani-Kərim"də Həcc mərasiminin yerinə yetirilməsi ilə bağlı bir sıra şərtlər var. "Qüdrət və imkan" şərti bunlardan ən vacibdir. Həmin şərt maliyyə resursları və digər problemlərin ortaya çıxmadığı bir halda ziyarət etməyi məqbul sayır.
Hamımızın bildiyi kimi, koronavirus infeksiyası bu gün bütün dünyada tüğyan edir. Pandemiya insanların Həcc ziyarətini yerinə yetirməsinə maneə yaradır.
Allah Quranda buyurmuşdur ki, Həcc mərasimini yerinə yetirərkən heç bir maneə olmamalıdır. Bunun üçün insanların hər cəhətdən qüdrət və imkanları olmalıdır.
İnfeksiyanın yayılması bizim sağlamlığımıza təhlükə törətdiyi üçün heç kimin bu ziyarəti etməyə qüdrət və imkanı yoxdur. Hazırda müsəlmanların öhdəsində Həcc mərasimini yerinə yetirməsi şərtlərindən birinin özünü tapmadığına görə dini baxımdan bu ziyarət vacib sayılmaya bilər.
Şərait prinsipinə əsasən həmin mərasimin bu il yerinə yetirilməməsi heç bir günaha səbəb ola bilməz.
Əgər Həcc ziyarəti barədə hər hansı dəyişiklik olarsa, Qafqaz Müsəlmanları İdarəsindən müsəlmanlara məlumat veriləcək".
Aytac Ali
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya