Qızım təsadüfən onları açıb, Qarabağ müharibəsində silah təchizatı sxemini deşifrə edib”. Valideynlər, həmçinin Gürcüstan Baş Prokurorluğu qarşısında etiraz aksiyası keçiriblər. Onlar qızlarının öldürülməsi ilə bağlı peyk görüntülərinin yayılmasını istəyiblər. Məlumat üçün bildirək ki, Tamar Baçaliaşvili İT üzrə mütəxəssisdir. Qadın öz şəxsi avtomobili ilə 18 iyulda evdən çıxıb və itkin düşüb.
Gürcü valideynlər Azərbaycan və Türkiyədən kömək umur
Turan
07:52 01.09.2020
Cəmiyyət
677
Qızları Qarabağa göndərilən silaha görə öldürülüb
"Tamar Baçaliaşvilinin ölümü ilə bağlı qaranlıq məqamlar çoxdur. Məsələnin ciddi araşdırılmasına ehtiyac var"
Gürcüstanda Tiflis sakini Tamar Baçaliaşvilinin ölümü ətrafında qalmaqal böyüyür. Baçaliaşvilinin valideynləri sensasiyalı bəyanatla çıxış edərək, qızlarının ölümünün Qarabağa silah tədarükü ilə bağlı olduğunu bildiriblər. Valideynlər bu tədarükü Gürcüstanın 3 yüksək vəzifəli məmuru ilə əlaqələndiriblər: “Azərbaycan və Türkiyə rəsmilərini bununla maraqlanmağa və Gürcüstan hakimiyyətindən bu vəzifəlilərlə bağlı faylları tələb etməyə çağırıram.
Qızım təsadüfən onları açıb, Qarabağ müharibəsində silah təchizatı sxemini deşifrə edib”. Valideynlər, həmçinin Gürcüstan Baş Prokurorluğu qarşısında etiraz aksiyası keçiriblər. Onlar qızlarının öldürülməsi ilə bağlı peyk görüntülərinin yayılmasını istəyiblər. Məlumat üçün bildirək ki, Tamar Baçaliaşvili İT üzrə mütəxəssisdir. Qadın öz şəxsi avtomobili ilə 18 iyulda evdən çıxıb və itkin düşüb.
Onun cəsədi axtarışların beşinci günü avtomobilinin arxa oturacağında aşkarlanıb. Gürcü mətbuatı isə Baçaliaşvilinin ölümündən bir müddət əvvəl Qarabağa silah tədarükündə Gürcüstanın 3 yüksək vəzifəli şəxsinin iştirak etməsinə aid məxfi fayllar ələ keçirdiyinə dair məlumat yayıb. Bu faylı ələ keçirdikdən sonra qadının ünvanına təhdidlər daxil olmağa başlayıb.
Diqqətçəkən iddianı və müəmmalı qətli “Şərq”ə təhlil edən hərbi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərov qətlin arxasında erməni qruplaşmaların ola biləcəyini istisna etməyib. Onun fikrincə, belə hadisələri adi ölüm kimi dəyərləndirmək doğru olmaz:
“Tamar Baçaliaşvilinin ölümü ilə bağlı qaranlıq məqamlar çoxdur. Məsələnin ciddi araşdırılmasına ehtiyac var. Ermənilər zaman-zaman bu metodlardan istifadə ediblər və onları ifşa edənlərə qarşı terror aktları həyata keçiriblər. Ermənistana silah tədarükü məsələsində adları hallanan leqal və qeyri-leqal təşkilatlar mövcuddur.
Serbiyadan Azərbaycanın işğal altında olan ərazilərinə ötürülən silahların araşdırılması mərhələsində aydın oldu ki, əvvəlcə Rusiya tərəfindən axtarışda olan erməni Serbiya vətəndaşı ilə əlaqəyə girilib.
Silahlar məhz həmin erməni vasitəsi ilə Ermənistana ötürülüb. Gürcüstandakı ölümü də araşdırsalar, altından erməni çıxar. T.Baçaliaşvilinin aşkara çıxardığı faktlara görə qətlə yetirilməsinə şübhələr çoxdur.
Gürcü mətbuatı da öz məqalələri ilə buna eyham vurur. Azərbaycan tərəfi Gürcüstanın müvafiq qurumları ilə əlaqə saxlamalı, həmin faktları alaraq beynəlxalq qurumlara təqdim etməlidir.
Bu məsələdə bizim maraqlarımız var. Ümumiyyətlə, Ermənistana göndərilən silahların böyük hissəsi işğal altındakı Qarabağa daşınır. Ona görə də prinsipiallıq nümayiş etdirməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi..
04:14 10.09.2026
Cənubi Qafqaz
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə