Gürcüstan hökuməti ərzaq ehtiyatı yaradır, bəs biz?
Şəymən Bayramova
11:09 31.03.2020
Cəmiyyət
674
Gürcüstan hökumətinin qərarı ilə ölkədə ərzaq ehtiyatı yaradılır. Bu məqsədlə 5 min ton şəkər, 500 ton makaron məmulatları və 1,5 milyon litr günəbaxan yağı alınacaq.Qərara əsasən, qida məhsullarını Kəndlər və Kənd təsərrüfatının İnkişafı Agentliyi tədarük edəcək və bunun üçün 16 milyon lari həcmində vəsait ayrılacaq.
İqtisadçı ekspert Qadir İbrahimli isə “Sherg.az”a açıqlamasında Azərbaycanın da ərzaq ehtiyatı ilə bağlı ciddi addımlar atmasını vacib hesab edir. Onun sözlərinə görə, koronavirus təhlükəsinin qarşısını almaq üçün bir sıra mühüm addımlar atılsa da qida təhlükəsizliyi diqqətdən kənarda qalıb:
“Rayonlar və şəhərlər arasında gediş-gəliş məhdudlaşdırıldığından marketlərdə bahalaşma gedir. Normalda 2 manata alınan zirə pomidoru bu gün 5 manata satılır. Düşünürəm ki, bu sahəyə diqqət artırılmalıdır. Çünki bu cür fors-major dövrlərdə ərzaq qıtlığının yaşanması halları müşahidə oluna bilir”.
Digər iqtisadçı ekspert Cəfər İbrahimli isə deyib ki, ölkəmizdə qida məhsullarının emalı və emalı dəstəkləyən kənd təsərrüfatına dayalı xammal özel sektor tərəfindən həyata keçirilir:
“Dövlət əsasən taxil məhsullarının stratejik məqsədili alışını və saxlanılmasını təmin edir. İllər əvvəl yaradılan Taxıl Fondu tərəfindən kifayət qədər qida buğdasının tədarük edildiyini düşünürəm. Eyni zamanda dövlət tərəfindən verilən dəstəyin nəticəsi olaraq həm kənd təsərrüfatı və buna bağlı olaraq kifayət qədər qida emal müəssisələri yaradılıb. Bunu marketlərdə olan yerli məhsulların çoxluğundan və son illərdə qida məhsullarının idaxalının kifayət qədər azalmasından müşahidə etmək mümükündür. Dolayısı ilə qisa müddət ərzində ölkəmizdə ərzaqla bağlı ciddi çətinliklər olacaği proqnozlaşdırılmır. ancaq proses uzun müddət davam edərsə və ölkələr qida məhsullarının, xammal və qida əlavələrinin idxal-ixracına məhdudiyyət tətbiq edərsə bu zaman müəyyən çətinliklərin olacağı istisna deyil”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət
Məkkəyə hücumun qarşısı alındı
11:50 16.09.2026
Dünya
Medvedçuk: “Sadə avropalılar Rusiya ilə müharibə istəmir”
11:33 16.09.2026
Dünya