“Gürcüstanın tanınmış ictimai-siyasi, elmi xadimlərinin iştirakı ilə tədbirlərimiz keçiriləcək. Xocalı soyqırımı 20-ci əsrdə xalqımıza qarşı baş vermiş ən böyük və qanlı qətliamdır. Şükürlər olsun ki, torpaqlarımız düşmən işğalından azad edildi. 44 günlük Vətən müharibəsində möhtəşəm zəfər əldə edən Azərbaycan Ordusu erməni quldurlarının dərsini verdi, qisasımız düşməndən alındı.
Gürcüstanda Xocalı anılacaq
Turan
22:34 19.02.2021
Cəmiyyət
538
Rafiq Hümmətov: "Xarici dillərdə fəaliyyət göstərən mətbuat orqanlarında, nüfuzlu televiziyalarda təbliğatımızı gücləndirməliyik"
“Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Gürcüstanda bir neçə tədbirin keçirilməsi nəzərdə tutulub”.
Bu barədə “Şərq”ə Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzinin icraçı direktoru Rafiq Hümmətov deyib. Mərkəz rəhbəri bildirib ki, Marneuli rayonunda soyqırımla bağlı Azərbaycanlıların İnteqrasiyası Mərkəzinin fərqli tədbirləri olacaq:
“Gürcüstanın tanınmış ictimai-siyasi, elmi xadimlərinin iştirakı ilə tədbirlərimiz keçiriləcək. Xocalı soyqırımı 20-ci əsrdə xalqımıza qarşı baş vermiş ən böyük və qanlı qətliamdır. Şükürlər olsun ki, torpaqlarımız düşmən işğalından azad edildi. 44 günlük Vətən müharibəsində möhtəşəm zəfər əldə edən Azərbaycan Ordusu erməni quldurlarının dərsini verdi, qisasımız düşməndən alındı.
Amma bununla belə boş oturmaq, soyqırımların üzərindən səthi keçmək olmaz. Əksinə, bundan sonra Qarabağda törədilən erməni vəhşiliyini dünya ictimaiyyətinin diqqətinə daha geniş ölçüdə çatdırmalıyıq. Xüsusən, ingilisdilli media qurumlarında, digər xarici dillərdə fəaliyyət göstərən mətbuat orqanlarında, nüfuzlu televiziyalarda təbliğatımızı gücləndirməliyik”.
R.Hümmətov vurğulayıb ki, dünya ictimaiyyəti erməni vandallarının qanlı hərəkətlərindən və işğalın doğurduğu nəticələrdən xəbərdar olmalıdır:
“Gürcüstanda bu istiqamətdə müəyyən işlər görülüb və bundan sonra da bacardığımızı edəcəyik. Bilirsiz ki, Gürcüstanda azərbaycanlılarla yanaşı, ermənilər də yaşayırlar. Buna baxmayaraq, müxtəlif tədbirlər vasitəsi ilə soyqırım həqiqətləri gürcü ictimaiyyəti arasında mümkün qədər təbliğ olunacaq. Nəzərdə tutduğumuz tədbirlər planı məhz bu məqamları özündə əks etdirəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq