
Gürcüstanla quru yolunun açılması da gündəmdədir - MÜZAKİRƏ
Yusif Nəzərli
03:08 20.02.2025
Cəmiyyət
639
Yaxın vaxtlarda bu yöndə bir daha dəqiqləşmələr olacaq
Dəmir yolu ilə sərnişindaşımanın bərpa edilməsi ilə yanaşı, quru yolu ilə bağlı da qərar verilə bilər
Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınmasının mayın 1-dən bərpa olunması müzakirə edilib. Məlumata görə, Gürcüstanın baş nazirinin birinci müavini Levan Davitaşvili qonşu ölkədə işgüzar səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə görüş keçirib. Görüşdə nəqliyyat sahəsində əməkdaşlıq, əsas istiqamətlər, gələcək prioritetlər, cari layihələr barədə fikir mübadiləsi aparıblar. Davitaşvili bildirib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri məhz nəqliyyat sahəsidir və bu səbəbdən hər il görüşlər keçirilərək il ərzində görüləcək işlər müzakirə edilir. Onun sözlərinə görə, görüşdə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi məsələsi də müzakirə olunub və bu il layihənin son mərhələsinin istismara veriləcəyi planlaşdırılır. Bundan əlavə, Gürcüstan və Azərbaycan arasında bu infrastrukturun idarə edilməsi üçün yaradılmış birgə müəssisə haqqında da danışıqlar aparılıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədr müavini Əli Məsimli deyib ki, yaxın vaxtlarda bu yöndə dəqiqləşmələr olacaq. Deputatın sözlərinə görə, bu istiqamətdə nəzərdə tutulan işlərin reallaşdırılması gediş-gəlişi daha çox olan Azərbaycan və Gürcüstan kimi iki qonşu ölkənin əhalisinin, xüsusən də qohumluq və çox sıx əlaqələri olan vətəndaşlarımızın xeyrinə olar:

"Qaxda seçicilərlə görüşlər zamanı qaldırılan məsələlər arasında Azərbaycanın Gürcüstanla sərhədinin Balakən rayonunun ərazisində yerləşən “Mazımçay” sərhəd-keçid məntəqəsi ilə bağlı bir sıra sadələşdirilmələrin edilməsi məsələsi də xüsusi yer tutur. Bir neçə dəfə gürcü millətindən olan Azərbaycan vətəndaşlarının Gürcüstanda müalicə aldıqdan sonra həmin sərhəd məntəqəsi ilə qayıtmasına şərait yaradılması məsələsi qaldırılıb. Etdiyimiz müraciətlərə aidiyyəti orqanlar çox həssas və operativ yanaşaraq həll ediblər. Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımanın bərpa edilməsi ilə yanaşı, Azərbaycanın Gürcüstanla sərhədinin Balakən rayonunun ərazisində yerləşən “Mazımçay” sərhəd-keçid məntəqəsi ilə bağlı da qərar verilsə, yaxşı olar. Xüsusən xəstələr üçün bir sıra sadələşdirilmələrin edilməsi və Gürcüstanda təhsil alan tələbələrimiz üçün limit məsələsinə baxılması məqsədəuyğun və işimizin xeyrinədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi