Hakimlərin işdən azad edilməsinə SÖZARDI... -“İslahatlar sərtləşməlidir”
Fidan Həmişəyeva
10:48 12.08.2020
Cəmiyyət
718
“Məhkəmə-hüquq sistemində aparılan islahatlara vətəndaş cəmiyyəti öz töhfəsini verməlidir”
“Çünki əksəriyyət məhkəmə-hüquq sistemindən şikayətçidir”
Azərbaycanda 9 hakimin fəaliyyətinə xitam verilib. 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmandan irəli gələrək indiyə qədər fəaliyyətində korrupsiya və qanun pozuntularına yol verən kadrlar cəzalanıb. Vətəndaşlara yaradılan süni əngəl hallarına görə 39 hakim intizam məsuliyyətinə cəlb olunub.
Məhkəmə-Hüquq Şurası Aparatının Korrupsiyaya qarşı mübarizə və Məhkəmə monitorinqi sektorunun vəzifəsini icra edən Seyfəlpaşa Əliyev bildirib ki, 9 hakimin fəaliyyətinə xitam verməklə yanaşı, 4 nəfər daha aşağı işə keçirilib.
Vəziyyəti dəyərləndirən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni “Sherg.az”a bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə köklü islahatlar aparılır. Bu islahatlar ölkəmizin gələcək inkişafını təmin edən əsas proqramdır:
“Əlbəttə bu proqram çərçivəsində məhkəmə-hüquq sistemində islahatların genişləndirilməsi çox vacib məsələdir. Məhkəmə-hüquq sistemində mövcud problemlər olmasaydı, qanunların aliliyi prinsipi pozulmasaydı, özbaşınalıq, süründürməçilik baş verməsəydi, ölkə başçısı məlum sərəncamları imzalamazdı. Düşünürəm ki, bu sahədə ciddi islahatlar aparılmalıdır”.
R.Zeyni qeyd edib ki, vətəndaşların əksəriyyəti məhkəmə-hüquq sistemindən şikayətçidir:
““Ədalət mülkün təməlidir” prinsipini əsas götürsək, mütləq bu məsələlərdə maraqlı olmalıyıq ki, cənab Prezidentin islahatarla bağlı qərarları icra olunsun. Ədliyyə Nazirliyi tərəfindən bir çox tədbirlər görülüb.
Biz qeyri-hökumət təşkilatları olaraq Ədliyyə Nazirliyində İctimai Komitənin üzvüyük. Üzv kimi bir neçə tədbirlərə, islahatların aparılaması ilə əlaqədar olan proqram təqdimatlarına dəvət olunmuşuq. Fikirlərimizi bildirmişik ki, bu islahatlar sürətlə və keyfiyyətlə getməlidir.
Qanunvericilikdə dəyişikliklərin edilməsindən tutmuş bəzi özünü doğrultmayan hakimlərin fəaliyyətinə xitam verilməsi islahatlarda yer alır. Düşünürəm ki, bu islahatlar daha da sərtləşib genişləndirilməlidir. İslahatların uğurla başa çatmasına vətəndaş cəmiyyəti də öz töhfəsini verməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm