“Hamı dövlətin çağırışına, qayda-qanunlara əməl etməlidir”
Turan
14:01 11.04.2020
Cəmiyyət
871
Məhərrəm Zülfüqarlı:“Həm maarifləndirmə, həm də cərimələmə paralel aparılmalıdır”
“Dünya ölkələri koronavirusa qarşı mübarizə aparır və Azərbaycan bu mübarizəyə ilk başlayan dövlətlərdən biridir”.
Bunu “Sherg.az”a tarixçi-alim, AVCİYA-nın eksperti Məhərrəm Zülfüqarlı deyib.
Ekspertin fikrincə, hamı dövlətin çağırışına, qayda-qanunlara əməl etməlidir:
“Sadəcə olaraq bəzi insanlarda məsuliyyətsizlik hissi mövcuddur. Onlar başa düşmürlər ki, təkcə özlərini riskə atmırlar. Eyni zamanda öz ailələrini, qohum-əqrabalarını, ətrafdakıları da təhlükəyə atırlar. Buna görə də onların hərəkəti qınanmalıdır. O cür adamlara tərbiyəli təsiretmə mexanizmi olmalıdır ki, onlar məsələnin ciddiliyini başa düşsünlər. Amma burada bir məqam var. Neçə illərdir, həkimlər siqaretin insana ziyan vurduğunu deyirlər. Buna rəğmən, heç kim siqaretdən imtina etmir. Deməli, insan psixologiyasında mənfiyə meyillilik var. Məsələn, televiziyada, qəzet və saytlarda yaxşı xəbər olanda heç kim baxmır, amma pis xəbər olan kimi hamı dərhal baxır və oxuyur. Yəni söz dinləməmək, pisə yönəlmək bir qədər insanın xislətində var. Ancaq istənilən halda biz təbliğatı qurmalı və maarifləndirməni düzgün aparmalıyıq. Tək yol təbliğatı gücləndirməkdir”.
M.Zülfüqarlının sözlərinə görə, həm maarifləndirmə, həm də cərimələmə paralel aparılmalıdır:
“Əlbəttə, sadəcə təbliğata əməl etməyənlər də var. Onları cərimələmək yolu ilə qaydalara tabe etdirmək lazımdır. Bəzi adamlar söz dinləmir, amma pulu əlindən alınan kimi düzəlir. Ona görə də təbliğatla yanaşı, maarifləndirməni də paralel davam etdirmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ABŞ ilə sülh danışıqlarının ikinci raunduna razılaşıb
14:06 21.04.2026
Dünya
Ermənistan Prezidenti Qazaxıstana səfər edəcək
13:58 21.04.2026
Gündəm
Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək
13:41 21.04.2026
Aktual
Makron gələn ay Ermənistana səfər edəcək
13:34 21.04.2026
Gündəm
“5 saat masada qalan toyuq ölüm saçır” - Ekspertdən xəbərdarlıq
12:45 21.04.2026
Sağlamlıq
"Tasnim": İrandan Pakistana nümayəndə heyəti getməyib
12:19 21.04.2026
Gündəm
Zelenski: İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur
12:08 21.04.2026
Dünya
Milli Məclisin yaz sessiyası çərçivəsində növbəti iclası keçirilir
11:21 21.04.2026
Gündəm
Onlarla miqrant Gürcüstandan deportasiya edildi
11:18 21.04.2026
Gündəm
Noyer Müllerə çatdı
10:57 21.04.2026
Futbol
Babacanyan: Köçəryan və Sərkisyana seçki qadağası qoyulmalıdır
10:55 21.04.2026
Gündəm
"Fənərbağça" Vedat Muriqi ilə razılaşıb
10:51 21.04.2026
Futbol
17 gün əvvəl müşavir təyin olunan şəxs vəzifədən azad edildi
10:36 21.04.2026
Sağlamlıq
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
10:19 21.04.2026
İqtisadiyyat