Hamı düzgün işləməlidir ! - “Heç kimə güzəşt olunmayacaq”
11:51 11.12.2020
Cəmiyyət
487
“Rüşvətxorluqla məşğul olanları nə Prezident, nə də xalq bağışlayacaq”
“Kim bu şəffaf düzəndə yer almaq istəmirsə, qoy vəzifəsindən istefa verib getsin”
Hazırda olduqca həssas və kövrək bir dönəmdəyik. Ölkəmiz sözün əsl mənasında müharibədən yeni çıxıb. Özü də savaşı zəfərlə baş vurub. Dünən Qələbə paradı ilə zəfərimizi qeyd etdik. Amma müharibənin itkisiz olmadığını hər kəs dərk edir. Şəhidlərimiz, qazilərimiz var. Yəni bir gözümüz gülür, biri də ağlayır. Belə məqamda gərək ki, hər kəs həmrəylik nümayiş etdirsin. İndi insanların icra başçılarına və digər məmurlara ehtiyacı əvvəlkindən daha çoxdur. Onlar da “əllərini daşın altına qoyub” vətəndaşlara şəffaf xidmət göstərməlidirlər.
Axı bu onların vəzifə borcudur. İndiki anda məmurlardan yalnız öz vəzifələrini şərəflə yerinə yetirmələri tələb olunur. Fəqət, bəzi funksionerlər nəinki missiylarının öhdəsindən gəlmirlər hətta vəzifə səlahiyyətlərini də aşırlar. Özbaşınalıq və rüşvətxorluğa yol verirlər. Cəlilabad rayonunun icra başçısı Namiq Zeynalov kimi... Hər kəsin Orduya Dəstək, şəhid ailələri və qazilərin sosial şəraitinin yaxşılaşdırlması məqsədilə yaradılan “YAŞAT” Fondlarına maliyyə dəstəyi göstərdiyi bir məqamda N.Zeynalov dövlət büdcəsini talamaqla, insanlardan rüşvət yığmaqla məşğul imiş. Əlbəttə, cəzasını aldı. Ötənlərdə DTX xüsusi əmliyyat keçirdi və sabiq icra başçısını saxlanıldı. Vəzifəsindən azad olunan N.Zeynalovla bağlı proseslər davam edir.
Sözügedən qəbuledilməz məsələ ilə bağlı “Sherg.az”a danışan millət vəkili Razi Nurullayev deyib ki, onların vicdanı, ruhu olsaydı əvvəlcədən rüşvətxorluqla məşğul olmazdılar. Çünki Qarabağı məhz həmin məmurların rüşvət aldıqları kasıbların övladları qanları ilə torpaqları suvarıb onu azad etdilər:
“Bunun üçün də nə dünən, nə bu gün, nə də sabah Azərbaycan xalqından rüşvət istəmək, onu incitmək yolverilməzdir. Hər hansısa bir məmur vətəndaşı incidirsə, onun haqlı işi üçün ondan rüşvət tələb edirsə və özünün vəzifə borcunu rüşvətlə yerinə yetirirsə, bu, lənətlənməlidir. Və mən də bunu pisləyirəm”.
Belə işlərlə məşğul olan məmurlar varsa da, onlardan tələb edirik ki, bu əməllərindən çəkinsinlər. Düşünürəm ki, bundan sonrakı dönəmdə heç kəsə güzəşt oluna bilməz. Hər kəs düzgün işləməlidir.
Biz Qarabağı azad etmişik, yeni düzən və sistem formalaşdırırıq. Kim bu şəffaf düzəndə yer almaq istəmirsə, qoy vəzifəsindən istefa verib getsin. O qədər vəzifədə çalışmaq istəyənlər var ki...
Və yenə də deyirəm ki, rüşvətxorluqla məşğul olanları nə Prezident, nə də xalq bağışlayacaq. Bu, artıq mümkün deyil. Qoy hamı Azərbaycan xalqı üçün çalışsın.
Bu xalq nə qədər uca olduğunu, torpaqları uğrunda hər an ölümə hazır olduğunu, Ali Baş Komandanın bir sözü ilə ölümə getdiyini sübut etdi. Ali Baş Komandan da, bütün vicdanı olan vəzifəli şəxslər də əli qabarlı insanın, Qarabağda şəhid vermiş ailənin yanında dayanacaq və dayanır. Və kim onlara qarşı olacaqsa, həmin insanları incidəcəksə, onların sosial güzəranının yaxşılaşması üçün çalışmayacaqsa həmin məmurlar xalqın, millətin və dövlətin qəzəbinə gələcək".
Ağarza Elçinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya
Ukrayna Putinin təklifini rədd etdi
13:33 11.05.2026
Gündəm
Suriya WUF13-də iştirak edəcək
13:26 11.05.2026
Siyasət