Hamı vicdanına sığınmalıdır
Turan
07:17 09.07.2020
Cəmiyyət
864
Polis, jurnalist, məmur, adi vətəndaşlar cəmiyyətin təmsilçiləridir
Qabil Abbasoğlu: "Əgər dövlət qurumları tərəfindən sərt karantin rejimi ilə bağlı hansısa tələblər qoyulursa, o tələblərin icrasında maksimum dərəcədə korrekt və dürüst olmaq lazımdır"
Azərbaycan dövləti koronavirusla mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirir. Xəstəlik yayılan ilkin dövrdə görülən tədbirlər effekt verdi və virusun daha çox insana yoluxmasının qarşısı alındı. Lakin xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yoluxma halları artdı. Əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmadı.
Hazırkı dövrdə pandemiya ilə mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından asılıdır. Həm vətəndaşlar, həm də ictimai-iaşə obyektlərinin sahibləri bu qaydalara mütləq riayət etməlidir. Sosial məsuliyyətimizi anlayaraq özümüzü, yaxınlarımızı və cəmiyyəti riskə atmamalıyıq. Mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməklə bərabər, başqalarını da bu fəaliyyətə dəvət etməliyik. Məsuliyyətsiz davrananlara qarşı inzibati qadağalarla yanaşı, ictimai nəzarət və qınaq da vacib şərt hesab olunur.
Cəmiyyət olaraq hamımızı narahat edən məsələni “Şərq”ə dəyərləndirən “Lent.az”ın baş redaktoru Qabil Abbasoğlu deyib ki, dəhşətli koronavirus bəlası ilə mübarizə şəraitində bütün ölkələrdə olduğu kimi Azərbaycanda da müvafiq tələblərə ciddi riayət edilməlidir. Baş redaktorun sözlərinə görə, bütövlükdə cəmiyyət olaraq hamımız vətəndaş məsuliyyətini sonadək qorumalıyıq:
“Verilən qərarlar, onların icrası, cəmiyyətdən tələb olunanlar insanların sağlamlığı və bəşəriyyətin bu bəladan mümkün qədər tez qurtulması üçündür. Dövlət orqanlarının cəmiyyətdən tələbləri olduğu kimi, cəmiyyətin də dövlətdən konkret tələbləri və istəkləri var. Bu da normaldır. Cəmiyyətdən hazırda tələb olunan əsas məsələ vətəndaş məsuliyyəti, xəstəliyin özünün şərtləndirdiyi tələblərə əməl etmək, gigiyenik vasitələrdən istifadə, sosial məsafənin qorunması, mümkün qədər qapalı şəraitdə qalmaq və təkcə özünün deyil, digərlərinin də yoluxma ehtimalını aradan qaldırmaqdır. Bunların hamısı cəmiyyətdən gözləniləndir. Hökumət orqanlarından tələb olunan isə pandemiya dövründə insanların sosial müdafiəsinin təşkil olunmasıdır”.
Baş redaktor bildirib ki, əgər dövlət qurumları tərəfindən sərt karantin rejimi ilə bağlı hansısa tələblər qoyulursa, o tələblərin icrasında maksimum dərəcədə korrekt və dürüst olmaq lazımdır:
“Vətəndaş məsuliyyətsizliyinə qarşı, xüsusən hüquq-mühafizə orqanlarının davranışı ilə bağlı bəzi məsələlər uzun müddətdir mübahisə mövzusuna çevrilib. Hesab edirəm ki, polisin hərəkətində hansısa qanunsuzluq mümkündürsə, vətəndaşların hərəkətində də qanundan çıxma halları var. Hamımız eyni cəmiyyətin övladlarıyıq. Polis, jurnalist, dövlət məmuru, digər peşə sahibləri, adi vətəndaşlar Azərbaycan cəmiyyətinin təmsilçiləridir. Hamımız cəmiyyətin nümayəndələri kimi öz vəzifələrimiz, ictimai öhdəliklərimizi vicdanla yerinə yetirməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
E5 ölkələri Ukraynanı NATO-ya yaxınlaşdırmaq istəyirlər
23:47 24.06.2026
Dünya
Tramp: İran ABŞ ilə danışıqlarda çox böyük güzəştlərə gedir
23:25 24.06.2026
Dünya
Rubio İsrailin ABŞ-İran razılaşmasını pozmağa çalışdığını düşünmür
22:36 24.06.2026
Dünya
Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı
22:20 24.06.2026
Dünya
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib
21:46 24.06.2026
Gündəm
ABŞ bizdən bunu tələb etməyib - Katz
21:29 24.06.2026
Dünya
Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
21:02 24.06.2026
Dünya
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya