Hamının uşağına dayə tutmaq imkanı yoxdur
07:13 09.09.2020
Cəmiyyət
674
Heç olmasa, 1-ci siniflər üçün hər gün dərs keçilməli idi
"Əvvəlki illərdə şagirdlər 34 həftə ərzində dərslərdə iştirak edirdilər. İndi isə bu rəqəm 68 günədək azalacaq"
"Axı 1-ci sinif şagirdi həftədə 2 gün dərsə getməklə nə öyrənə bilər? 6 yaşlı uşağın distant dərsə münasibəti cizgi filmi izləmək səviyyəsində olacaq. Onlar müəllim-şagird münasibətlərini hələ indi öyrənəcəkdilər. Və... bu işləyən yazıq valideyn distant dərsdə uşaqla bərabər olmaq üçün nə etsin? İşdən çıxsın? Axı hamının uşağına dayə tutmaq, ya kiməsə tapşırmaq imkanı yoxdur! Çox çətin vəziyyətdəyik. Heç olmasa, 1-ci siniflər hər gün dərs keçməli idi... 2 dərs (əlifba,riyaziyyat). Hərfləri də onlayn yazıb yoxladacaqlar müəllimə?". Bu sözləri bu il övladı birinci sinfə gedəcək valideyn Billurə Aslanova şəxsi "Facebook" səhifəsində yazıb.
Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov "Şərq"ə açıqlamasında bildirib ki, ibtidai siniflər 2-3 gün deyil, hər gün məktəbə getsələr tədris prosesi daha effektli olar. O vurğulayıb ki, körpə olduqları üçün onların virtual dərslərdən yararlanmaq faizi də yuxarı siniflərlə müqayisədə daha aşağıdır:
"Düşünürəm ki, ibtidai sinif şagirdləri onlaynla dərsi tam mənimsəyə bilməyəcəklər. Çünki onlar müəllimlə individual ünsiyyətdə olmalıdırlar. Əvvəlki illərdə şagirdlər 34 həftə ərzində dərslərdə iştirak edirdilər. İndi isə bu rəqəm 68 günədək azalacaq. Nəticədə uşaqlar mövzu baxımından kifayət qədər yüklənəcək. Çünki belə halda onlar proqramı mənimsəməyə əziyyət çəkəcəklər, eyni zamanda əlavə yüklənmələr ortaya çıxacaq. Ümid edirəm ki, qısa müddətdən sonra koronavirus başa çatacaq. Dərslərdə iştirak faizi tezliklə yüksələcək".
K.Əsədov tibb işçiləri tərəfindən şagirdlərin hərarətlərinin ölçülməsi, əllərinin spirtlənməsi məsələsinə də toxunub:
"Yeni tədris ilinə əsasən, I- IV siniflərdə dərslər 25 dəqiqə müddətində keçiriləcək. Tənəffüs müddəti isə 5 dəqiqə olacaq. Onların tibb işçiləri tərəfindən əvvəlcədən hərarətləri ölçüləcək, əlləri spirtlənəcək. Maskasız gələn şagirdlər isə maska ilə təmin olunacaqlar. Biz təklif etmişik ki, inzibati binaya daxil olanda şagirdlərin temperaturu uzaqdan ölçən termometr vasitəsilə yoxlanılsın.
Çünki uşaqların əllərinə cihaz yaxınlaşdıran zaman onlar güclü psixoloji gərginlik keçirə bilərlər. Buna görə də, bu məsələdə son dərəcə ehtiyatlı olmaq lazımdır. Təbii ki, valideynlər üçün də müəyyən davranış qaydaları tətbiq olunacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol