Hava Hücumundan Müdafiə bölmələri də təlimlərə cəlb olundu - FOTO

 
Azərbaycan ordusunda genişmiqyaslı əmliyyat-taktiki təlimləri davam edir.

Müdafiə Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, təlimlər çərçivəsində Hava Hücumundan Müdafiə (HHM) bölmələri yaşayış məntəqələrinin, müxtəlif təyinatlı obyektlərin və canlı qüvvənin şərti düşmənin hava hücumu vasitələrindən müdafiəsi üzrə təlim-döyüş tapşırıqlarının icrası məqsədilə yürüş edərək mövqe rayonlarını tutublar.

HHM-in döyüş heyətləri həmçinin təlimə cəlb olunan şəxsi heyət və döyüş texnikasının düşmənin aviasiya vasitələrinin atəş zərbələrindən müdafiəsini təmin edəcəklər.