Heç bir danışıqlardan söhbət gedə bilməz
Turan
08:41 02.10.2020
Cəmiyyət
989
Çünki həmsədrlər Azərbaycan tərəfinin xəbərdarlıqlarını qulaqardına vururdular
Rusiya Xarici işlər naziri Sergey Lavrov ayrı-ayrılıqda azərbaycanlı və erməni həmkarları Ceyhun Bayramov və Zöhrab Mnatskanyanla telefonla danışıb. Telefon danışıqları zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət müzakirə olunub. Rusiya tərəfi genişmiqyaslı hərbi əməliyyatların davam etməsi ilə bağlı ciddi narahatlığını ifadə edib.
Atəşin dərhal dayandırılması və gərginliyin deskalasiyası, eləcə də təxribatçı və döyüşkən ritorikanın yolverilməzliyinə çağırış səslənib. Tərəflərin tezliklə danışıqlar masasına qayıtmalarının vacibliyinə işarə vurulub. Lavrov qeyd edib ki, Rusiya həm milli baxımdan, həm də ATƏT-in Minsk Qrupunun digər həmsədrləri kimi Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik vasitələrlə nizamlanması üçün şəraitin yaradılmasına istiqamətlənən vasitəçilik səylərini davam etdirəcək. Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının növbəti görüşü daxil olmaqla müvafiq təmasların keçirilməsi üçün Moskva platformasının hazır olduğu təsdiqlənib.
Kremlin hərbi əməliyyatlarla bağlı mövqeyini “Şərq”ə dəyərləndirən Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər doktoru Zaur Məmmədov deyib ki, Azərbaycan tərəfi həmsədrlərə, dünya ictimaiyyətinə dəfələrlə xəbərdarlıq edib ki, Ermənistanın təxribatçı ritorikası yeni müharibəyə səbəb ola bilər.
Politoloqun sözlərinə görə, rəsmi Bakı konkret mövqeyini ortaya qoydu və bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsi ya sülh, ya da hərbi yolla həllini tapmalıdır:
“Artıq səbrimiz tükənib. Çünki həmsədrlər Azərbaycan tərəfinin xəbərdarlıqlarını qulaqardına vururdular. Məhz onların bu cür laqeydliyi müharibənin başlanmasına gətirib çıxartdı. İndiki halda heç bir danışıqdan söhbət gedə bilməz. Rusiyanın, yaxud digər həmsədr ölkələrin təklifi nədən ibarətdir ki?!
Həmin təkliflər 30 ildir gündəmdədir və Ermənistan tərəfindən rədd edilib. Dövlət başçısı İlham Əliyevin dediyi kimi müharibə ancaq bir şərtlə dayandırıla bilər ki, düşmənlər təslimçi sülhə razı olsunlar və bütün torpaqlarımızdan rədd olub çıxsınlar.
Əks halda Azərbaycan Ordusunun hərbi əməliyyatları son qarış torpağımız azad olunanadək davam edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm