“Heç bir sosial layihə ixtisar edilməyəcək, çünki...”
Turan
12:23 03.07.2020
Cəmiyyət
781
“Dövlətin əsas hədəfi vətəndaşına dəstək göstərməkdir"maqdır”
“Prezident İlham Əliyev məhz elə liderlərdəndir ki, verdiyi qərar ölkə vətəndaşının mənafeyinə hesablanır və dövlətin gələcəyini müəyyən edir”.
Bunu “Sherg.az”a QHT.az saytının baş redaktoru, “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.
Sayt rəhbəri deyib ki, dövlət başçısının qərarları hər zaman ölkə vətəndaşının maraqlarını ən yüksək səviyyədə təmin edib:
“Jurnalistlərin sosial-məişət şəraitinin həddindən artıq ağır olduğu bir dönəm var idi. Çıxış yolu kimi müxtəlif təkliflər irəli sürülürdü. Jurnalistlər üçün torpaq sahəsinin ayrılması, korporativlərin yaradılması, güzəştli kreditlərin verilməsi və s. Cənab İlham Əliyev heç kimin gözləmədiyi halda, torpaq sahəsinin ayrılması, jurnalistlər binasının tikilməsi və təmirli mənzillərin jurnalistlərə verilməsi haqqında göstəriş verdi. Vacib addımların atılması liderlərin xarizmasından, problemə münasibətindən və onun həlli üçün düzgün qərar vermək bacarığından irəli gəlir. Dünyada Covid 19 pandemiya hökm sürdüyü, ölkələrin iqtisadiyyatının xeyli zəiflədiyi bir məqamda cənab Prezident qeyd etdi ki, heç bir sosial layihə ixtisar edilməyəcək. Çünki dövlətin əsas hədəfi vətəndaşına dəstək olmaqdır”.
Baş redaktorun sözlərinə görə, media camiyyəsində müəyyən tərəddüdlər var idi ki, pandemiya şəraitində mətbuatın 145 illik yubileyi müəyyən mənada arxa plana keçə bilər:
“Əksinə ölkə başçısı Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında çox mühüm sərəncam imzaladı. Bu sərəncam əvvəlki illərdən daha əhatəlidir və yeni imkanları ilə seçilir. Prezident media mənsubları ilə görüşündə hər zaman deyir ki, “Jurnalistlər mənim köməkçilərimdir, bəzi məlumatları mediadan alıram və dərhal tədbir görürəm”. Yüksək səviyyədə jurnalistlərə etimad göstərən ölkə başçısı məhz Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması ilə bağlı təklifləri də müxtəlif mənbələrdən əldə etməyi üstün tutdu. Çünki buna qədər bu prosesdə müəyyən çatışmazlıqların olması və təkliflərin bir mənbədən gəlməsi faktları var idi. Bu məqam sərəncamın mühüm hissəsidir və hesab edirəm ki, islahatlar prizmasından ölkə başçısının media üçün təklif etdiyi yeni baxış modelidir”.
Baş redaktor vurğulayıb ki, sərəncamda ölkə başçısı dövlətin mətbuata münasibətinə diqqət çəkir və ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatların mətbuatın inkişafındakı roluna toxunur:
“Prezident bu sərəncamda eyni zamanda müasir dövrdə medianın inkişafı üçün vacib olan yol xəritəsinin konturlarını cızır. Dövlət başçısı həyata keçirilən sistemli islahatlar, şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan sosial innovasiyaların tətbiqi, idarəetmə sahəsində baş verən keyfiyyət dəyişiklikləri, ictimai nəzarət və siyasi dialoq mühitinin genişləndirilməsini xatırlatmaqla mətbuatın yeni mərhələyə daxil olması üçün çağırış edir. Prezident mətbuatın inkişafı ilə bağlı, jurnalistlərin sosial məişət problemlərinin həlli ilə bağlı xeyli sayda qərarlar verib. Gələn bütün təkliflərə öz müsbət münasibətini bildirib. Bu da ölkə başçısı tərəfindən söz və mətbuat azadlığına verilən qiymət və dəstəyin bariz nümunəsidir. Prezident İlham Əliyev tərəfindən atılan bütün addımlar mətbuatının inkişafına xüsusi töhfələr verib. Xüsusən, həssas dönəmdə jurnalistlərə göstərilən bu diqqət üçün cənab Prezidentə təşəkkür edirəm. Sərəncam jurnalistlər üçün əlavə stimul olmaqla yanaşı, ölkəmizdə medianın yeni inkişaf modelinin formalaşması üçün əsas olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya
Fatih Terim MHP sədri Dövlət Baxçalını ziyarət edib
20:23 10.11.2026
Gündəm
Avropasız Ukrayna razılaşması olmayacaq - ŞƏRH
20:11 10.11.2026
Gündəm