Heç kəs yaxasını çəkməz
08:12 20.02.2021
Cəmiyyət
617
Gənclərdən ibarət qruplar Qarabağın quruculuğunda həvəslə çalışacaqlar
Milli Məclisin deputatı Afət Həsənova düşmən tapdağından xilas olunmuş torpaqlarda bərpa işləri ilə bağlı gənclərdən ibarət qruplar yaradılması barədə təklif verib. O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi üçün çoxlu sayda işçilərə, müxtəlif sahələrdə mütəxəssislərə tələb yaranacaq. Bu baxımdan, gənclərin mütəşəkkil şəkildə işğaldan azad edilmiş ərazilərdə görüləcək işlərə cəlb olunması məqsədəuyğun olar.
Gənclər təşkilatları, gənclərlə işləyən dövlət qurumları, ali təhsil müəssisələri, peşə məktəbləri bu işlərdə fəal ola bilərlər. Misal üçün, gənclərdən ibarət inşaat qrupları və digər işləri yerinə yetirəcək qruplar yaradıla bilər, o qrupları müəyyən təlimlər keçdikdən sonra bərpa və yenidənqurma işlərinə cəlb etmək olar.
Hesab edirəm ki, gənclər özləri də bu işlərə böyük maraq göstərəcəklər. Həm gənclərin məşğulluğu təmin olunacaq, eyni zamanda onlar böyük təcrübə qazanacaqlar.
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deputatın təklifini dəstəkləyərək bildirib ki, millət vəkili çox əhəmiyyətli və vacib bir təkliflə çıxış edib və onun bu fikri təqdirəlayiqdir:
"2020-ci ölkəmizdə könüllülər ili elan edilmişdi. Azərbaycan gəncləri nəinki ötən il, eyni zamanda bundan əvvəl də ölkəmizin ictimai-siyasi, mədəni həyatında yaxından iştirak ediblər.
Xüsusən, pandemiya dövrü ərzində gənclərimiz böyük fədakarlıqla sosial qayğıya ehtiyacı olan yaşlılara, o cümlədən digər sosial qruplardan olan insanlara könüllülük prinsipi əsasında yardım göstərdilər.
Həmçinin müharibə gedən zamanda da onlar bütün proseslərdə ön planda çıxış edib, ordunun və dövlətin yanında oldular. Mən elə hesab edirəm ki, işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasında, infrastrukturun yaradılmasında və orada ümumiyyətlə ictimai-siyasi həyatın formalaşmasında Azərbaycan gəncləri yaxından iştirak edəcək.
Düşünürəm ki, bu sahədə gənc mütəxəssislərin köməyi olduqca vacibdir və bizim buna ehtiyacımız var.
Gənclər bütün cəmiyyətlərdə olduğu kimi Azərbaycan cəmiyyətində də ictimaiyyətin avanqardı rolunu oynayır. Şübhəsiz ki, uyğun olan zamanda gənclərimiz istənilən sahədə həmin torpaqlarımızın dirçəldilməsi prosesində yaxından iştirak edəcək və öz yardımlarını əsirgəməyəcəklər".
Aytac Ali
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq