Heç olmasa pəncərədən üzünə günəş dəyməlidir
Şəymən Bayramova
08:09 09.07.2020
Cəmiyyət
1087
Valideynlər uşaqların təmiz hava almasına şərait yaratmalıdır
Havasızlıq anemiyaya gətirib çıxarır. Ruhsal olaraq darıxmaq da immunitetin zəifləməsinə gətirə bilir
Dünyada və Azərbaycanda koronavirusa yoluxma dinamikası artan sürətlə davam edir. Dövlət qurumları insanları virusa yoluxmadan qorumaq və pandemiyanın qarşısını almaq üçün hər gün yeni qadağalar tətbiq edirlər. Aylardır, bağçalar, məktəblər, universitetlər, ictimai iaşə yerləri, əyləncə, istirahət mərkəzləri bağlanıb. İnsanlara çölə çıxmaq qadağası qoyulub. İnsanlara "evdə qalın" çağırışı edən qurumlar günlük iki saatlıq icazə sistemi ilə insanların ərzaq və digər gündəlik tələbat mallarını almasına imkan yaradıb.
Bütün bunlar isə cəmiyyətdə ciddi psixoloji gərginliyə səbəb olub. Koronavirus qorxusu, özünü təcridin yaratdığı fəsadlar bir yana, ələ-ovuca sığmayan uşaqlarla baş edə bilməyən valideynlər çaş-baş qalıblar.
Bir yandan da karantin səbəbindən uşaqları təmiz havaya çıxara, günəş vannası qəbul etdirə bilmirlər deyə narahatdılar. Haqsız da sayılmazlar. Axı 2 saatlıq SMS icazəsi ilə həm evin ehtiyaclarını ödəyib, həm də körpə uşağı təmiz havada gəzdirmək mümkün deyil.
Maraqlıdır, mütəxəssislər nə düşünür? Postpandemiya dövründə bunun hansısa fəsadları olacaqmı? Uşağın açıq havaya çıxarılmasını çox vacib hesab edən pediatr Günay Rəsulova günəş şüasınının uşağın sümük və toxuma inkişafı üçün lazımlı olduğunu deyib. Onun sözlərinə görə, sümük inkişafı üçün lazımlı olan D vitamini günəş şüalarının köməyi ilə orqanizmdə sintez edilir:
"D vitamini eyni zamanda immunitet sistemi üçün də lazımlı vitamindir. Bu vitamin, xüsusilə, həyatın ilk illərində sağlam inkişaf və immun sistemlərinin möhkəmlənməsi üçün açıq hava çox vacibdir. Evdə qalmaq uşaqlarda aqressivlik yaradır. Ancaq hazırda virusla əlaqədar olaraq bunu etmək mümkün olmasa da bina evində yaşayanlar eyvanlarda, həyət evində qalanlar isə həyətdə hava qəbul edə bilərlər. Çünki qapalı mühitdə qalmaq özü də immuniteti zəiflədir. Havasızlıq anemiyaya gətirib çıxarır. Ruhsal olaraq darıxmaq da immunitetin zəifləməsinə gətirə bilir.
Yay aylarında uşaqları havaya çıxarmağın mütləq olduğunu təkrar vurğulayan həkim deyib ki, payız və qış aylarında uşaqların qripə, mövsümi viruslara yoluxmaması üçün yayda vitamin bazası toplamaq lazımdır. Bir həkim olaraq uşaqların karantin səbəbindən günəş şüasından, təmiz havadan məhrum olması məni də çox narahat edir. Valideynlər mövcud reallığa rəğmən mümkün qədər uşaqların təmiz hava almasına şərait yaratmalıdır. Uşaqları açıq havaya çıxartmaq imkanları məhduddursa, evin havasını tez-tez dəyişsinlər. Günəş şüasının pəncərədən də olsa uşağın üstünə düşməsinə çalışsınlar, eyvanda oynamasına imkan versinlər".
Pediatrın sözlərinə görə, günəş şüası ala bilməyən uşaqların vitamin D ehtiyacının qarşılanmasını dərmanlar vasitəsilə kompensasiya etməyə çalışmaq lazımdır: "Vitamin D günəş şüasının təsiri nəticəsində dəridə sintez olunur.
Qış aylarında günəş şüası olmadığı üçün biz uşqlara profilaktik dozada vitamin D damcıları təyin edirik. D vitamininin immun sisteminin gücləndirilməsində rolu birmənalı şəkildə sübut olunduğu üçün valideynlərə uşaqlarına normal profilaktik dozada D vitamini verməyi tövsiyə edirəm.
Uşaqlarını havaya çıxara bilməyən valideynlər uşaqların həkimləri ilə məsləhətləşib uyğun dozada vitamin verə bilərlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə