Həcc ziyarətindən imtinaya hansı hallarda icazə verilir ? – Aydınlıq gəldi
Məlahət Rzayeva
15:41 28.03.2020
Cəmiyyət
907
“Xəstəliyin tüğyan etdiyi bir dövrdə İslam söz haqqını təbiblərə , həkimlərə həvalə edir. Həmin zaman həkim sözü, müctəhid sözündən daha məqbul olur”
Bu il Həcc ziyarəti iyul ayının sonu və avqustun əvvəlinə gerçəkləşməlidir. Lakin koronavirus təhlükəsi builki Həcc əməllərinin təxirə salınmasına səbəb ola bilər. Xatırladaq ki, Çində epidemiyanın geniş yayıldığı zaman bir sıra müsəlman ölkələri zəvvarlarını Ümrə ziyarətindən geri çağırdı. İndi vəziyyət daha da ağırlaşıb. Korona virusun bulaşmadığı ölkələr barmaqla sayılası qədər azdır, bəlkə də heç yoxdur. O cümlədən ərəb ölkələrində də korona virusa yoluxma halları var. Onu da xatırladaq ki, müqəddəs Kəbə evi bir müddət ziyarətə bağlandı, ətrafda ibadət edənlər yalnız Məscidül-Həramın işçi personalı oldu. Belə vəziyyətdə Səudiyyə Ərəbistanının builki Həcc ziyarətinə izin verməyəcəyi gözləniləndir. Müsəlman ölkələri də bu qərarla razılaşacaqlar. Çünki heç bir ölkə real təhlükəni görməzdən gələ blməz. Dinimiz əsas şərtlərindən biri olan və Rəbbimizin vacib buyurduğu (əlbəttə, bu vacibatın özünün də şərtləri var – red.)
Həcc ziyarətindən imtina edilməsinə hansı hallarda icazə verilə bilər?
İlahiyyatçı Ağa Hacıbəyli bununla bağlı fikirlərini “Sherg.az”a açıqlayıb:
-Həccin hökmü “Qurani-Kərim”lə sabitdir. Bir neçə ayədə həccdən bəhs edilir. “Ali- İmran” surəsi 97- ci ayədə buyurulur. " ...yoluna qüvvəsi çatan hər bir kəsin həccə gedib o evi ( Kəbəni) ziyarət etməsi insanların Allah qarşısında borcudur....". Hacılar Rəhmanın müsafirləridir. O evdə Rəbbə qonaq olmaq hər insanın ən dəyərli arzusudur. Bu ibadət zilhiccə ayında gerçəkləşir.
Bu il isə korona virusla bağlı qaydalar dəyişməsi vacibdir. 4-5 milyon müsəlmanı təhlükəyə atmaqla yenidən yoluxma şəraiti yaranar. Odur ki, müqəddəs məkana ziyarəti ümumbəşəri dəyərlər konteksindən dəyərləndirmək lazımdır. Xəstəliyin tüğyan etdiyi bir dövrdə İslam söz haqqını təbiblərə , həkimlərə həvalə edir. Həmin zaman həkim sözü, müctəhid sözündən daha məqbul olur.
Şərii olaraq da bəzən haramlar, anına görə halal ola bilir. İnsan həyatı İslamda müqəddəsdir. O, bir əmanətdir. Can yalnız can sahibi yolunda, əmrləri çərçivəsində veriləbilər. Ümid edirik ki, dünyamızın seyrini dəyişən bu müsibətə - koronaya həm peyvənd həm də dərman ən qısa zamanda tapılar. Həccə niyətli olan müsəlmanlarda rahatca öz ibadətlərini yerinə yetirər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət