Həkim də DİLƏ GƏLDİ: “Rayonlara gediş-gəlişə qoyulan məhdudiyyət absurddur”
Şəymən Bayramova
14:59 04.08.2020
Cəmiyyət
2007
“Oradakı xroniki xəstələr müayinəyə gəlməlidirlər, amma göndəriş almaqda çətinlik çəkirlər”
“İnsanlar məzuniyyət götürüb istirahətə getsələr, virusa yoluxma halları da azalar"
"Operativ Qərərgahın SMS icazənin ləğvi və çimərliklərin açılması ilə bağlı qərarını alqışlayıram. Əslində çimərlikləri daha tez də açmaq olardı. Çünki açıq havada virusun yoluxma ehtimalı çox azdır. Tovuz hadisələri zamanı Bakıda keçirilmiş mitinq bunu sübut etdi".
Bu sözləri "Sherg.az"a açıqlamasında həkim Qalib Əsədov deyib.
Karantin rejiminin yumşaldılması ilə bağlı bəzi gözləntilərin özünü doğrultmadığını vurğulayan həkim bir sıra məhdudiyyətlərin qüvvədə qalmasının insanlarda haqlı narazılıq yaratdığını deyib:
"Bir neçə tanışım müvafiq yoxlamadan keçərək Türkiyəyə- Bodrum, Antalyaya istirahətə gediblər. Yeri gəlmişkən heç orda da vəziyyət ürəkaçan deyil. Bu mənada xaricə istirahət etməyə gedən insanlara icazə verildiyi halda rayonlara gediş- gəlişə qoyulan məhdudiyyətlər absurddur. Nə qədər kəndlərə, rayona həsrət qalan yaşlı insanlar var, bu qadağa səbəbindən əziyyət çəkirlər.
Rayonlarda çox sayda xroniki xəstələr var ki, vaxtaşırı müayinəyə gəlməlidirlər, amma göndəriş almaqla bağlı ciddi problemlər yaşayırlar.
Onsuz da rayona gedən insanlar təbiətin qoynunda istirahət etmək istəyir, bir yerə toplaşmır, vaxtının çoxunu həyət bacasında keçirir.
Rayonlara gediş-gəlişin məhdudlaşmasının tezliklə aradan qaldırılmasını arzu edərdim. İnsanlar məzuniyyət götürüb istirahətə getsələr, Bakının yükü, sıxlığı azalar və virusa yoluxmaq ehtimalı azalar".
Marketlərdə kassanın qabağında yaranan növbələri nümunə göstərən həkim hesab edir ki, belə olan halda kitab maqazalarının, geyim dükanlarının, ümumiyyətlə pürakəndə satış məntəqələrinin bağlı saxlanılmasının nə mənası var axı? Onsuz da bu obyektlərdə heç vaxt sıxlıq olmur:
"İnsanlara məsafə saxlamaq, maska istifadəsi şərtilə bu müəssisələrin fəaliyyətinin açılmasını məqsədəuyğun hesab edirəm. Açıq havada fəaliyyət göstərən restoranlar, kafelərin də fəaliyyətə başlamasını zəruri hesab edirəm. 5 aydır ki, yüz minlərlə musiqiçi, aşpaz, qabyiyan, bərbər, usta, elektrik, ofisiant, xidmətçi və s xidmət sahəsinin işçiləri işsizdir. Hesab edirəm ki, müəyyən qaydalara, təlimatlara əməl etməklə onların fəaliyyətinə icazə verilməlidir.
Təbabətin atası Hippokrat deyirdi ki, həkim ilk növbədə bu prinsipi əsas tutmalıdır: "Zərər vermə"! Karantin insanları qorumaq üçündür. Onların yaşayışını daha uyğun optimal təşkil etmək üçündür. Bu şəkildə kütləvi işsizlik, yerdəyişmənin məhdudlaşdırılması isə cəmiyyətdə aqressiyanı artırır, kütləvi narazılıq yaradır, insanlarda dövlətimiz haqqında mənfi təsəvvürün formalaşmasına gətirib çıxarır.
Hamılıqla bunun qarşısını almağa çalışmalıyıq. Bunun üçün isə sadə insanları anlamağa çalışmaq, onları başa düşmək lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırdı
19:24 08.10.2026
Futbol
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə