Həkim koronavirusun təhlükəli əlamətlərini SADALADI...
Şəymən Bayramova
13:26 17.07.2020
Cəmiyyət
1030
“Tənəffüs yolları, alveollar, damarlar, ürək, böyrəklər və mədə-bağırsaq traktının hüceyrələri zədələnir”
"Koronavirusum təhlükəliliyi onun başqa infeksiyalardan fərqli olaraq, birbaşa daxili orqanlara nüfuz etməsidir. Xüsusən də, tənəffüs yolları, alveollar, damarlar, ürək, böyrəklər və mədə-bağırsaq traktının hüceyrələri zədələnir. Ağciyərlər isə hamısından daha çox zədələnir".
Bu barədə "Sherg.az"a həkim kardioloq Yasmin Rüstəmova bildirib.
Onun sözlərinə görə, zədələnməyə məruz qalmış hüceyrələr isə çox sayda koronavirusun bənzərini yaradır, sonradan da məhv olurlar:
"Bunlar immun sistemində iltihabi cavabın yaranmasına və qorunmasına təkan verir və nəticədə kəskin respirator distres sindrom (KRDS) adlı vəziyyətin əmələ gəlməsinə səbəb ola bilər. Ağciyərlərin hava tutumu azalır, alveollar qapanır, oksigen aclığı əmələ gəlir. İnsanda güclü təngənəfəslik yaranır"
KRDS-in koronavirus infeksiyası zamanı ölümlərin başlıca səbəbi olduğunu vurğulayan Y.Rüstəmova deyib ki, pnevmoniyanın KRDS-lə nəticələnmə riski xəstənin yaşı, alkoqola aludəsi, siqaret çəkməsi, piylənmədən və ya onkoloji xəstəlikdən əziyyət çəkməsi ilə daha da artır:
"KRDS-ə qalib gəlmək o qədər də asan deyil. Bunun üçün qanın oksigenlə zənginləşmə dərəcəsini yüksəltmək lazımdır ki, ağciyərlərin məhv olmasınının qarşısını ala bilək. Əvvəla insanın əvəzinə ağciyərlərin süni ventilyasiya aparatı (ASV) vasitəsilə nəfəs alması təmin edilir.
Bəzən bu da kifayət etmir. O zaman ekstrakorporal membran oksigenasiya (EKMO) tətbiq edilir, yəni, insanın qanı onu oksigenlə zənginləşdirərək, karbon qazını alan və yenidən insana qaytarılan aparatdan keçirilir. EKMO ağır dərəcəli KRDS və refrakter ürək çatışmazlığı olan COVİD xəstələrinin həyatının xilas etmə vasitəsi ola bilər.
Düzdür, EKMO-nun COVİD müalicəsində effektivliyi, hələ sübut olunmayıb. Lakin EKMO yaşamaq şansı verir. İmmun sistemi tənzimlənib, superinfeksiya məhv edilənə qədər ağciyərlər bərpa olunur.
O zamana qədər insasnın əvəzinə aparat nəfəs alır. Buna 2-3 həftə vaxt gedir. Ağciyərlərin 50 faizi bərpa olunduqdan sonra isə insanı EKMO-dan ayırmaq olar, amma ASV işləməyə davam edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm